Körpəni bələmək zərərli imiş?

Baxış sayı: 175

Son zamanlar bu mövzuyla bağlı mübahisələrə tez –tez rast gəlirik.  Yaşlı nəslin nümayındələrı,  yəni nənələrimiz, hətta analarımız körpələrin bələnməsinı zəruri sayır. Təbii ki, onlar bunun fəsadlarından xəbərsizdir. Yoxsa heç kim, xüsusi ilə nənələr nəvələrinin telinə belə zərər gəlməsini istəməz. Amma ola bilsin ki, bax elə bu dəqiqə, hansısa ucqar dağ kəndlərindən birində yaşayıb bizə baxan bir nənə, təbəssümlə başını bullayıb- “Ay bala, BƏLƏKLƏ 10 uşaq böyütmüşəm, hamısı da buz baltası kimi” deyib, bizi məzəmmət eləyir… O da özlüyündə haqlı deyilmi? Bəziləri bunu, o dövrün reallıqları ilə izah edir. O reallığları isə ekoloji təmizlik və qidalar şərtləndirir. Mövcud durumda isə ən xırda çatışmazlıqlar belə körpənin immunitetinə təsir edə bilir…

Beləliklə, əziz nənələr,  gəlin mütəxəssisimizi dinləyək:

Körpələr sıx bələndıyi zaman, onların tənəfüsündə də müəyyən problemlər yarana bilər. Bununla yanaşı bələnmələr, sümük, oynaq  və ürək qan damar sistemlərinə mənfi təsir göstərir.  Ömrünün 35 ilini yenı doğulan körpələrə həsr eləyən Mahirə həkim hesab edir ki, bu adət heç vaxt özünü doğrultmayıb və artıq çoxdan geridə qalıb. O kı, qaldı  “körpəni bələməsən ayaqları əyri olar” məntiqinə…

İstənilən halda körpələrinizi qoruyun. Onların rahatlığı bizim ən böyük məhsuliyyətimiz, sağlamlığı ən böyük naliyyətimiz, təbəsümü ən böyük sevincimizdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir