usaq

Kosmos əsrinin xəstəliyi: erkən yeniyetməlik – TƏHLÜKƏ

Baxış sayı: 1. 473

Erkən yeniyetməlik ilk kəşf edildiyi vaxtlarda ciddiyə alınmamışdı, ancaq indi müasir həyatın ən böyük probleminə çevrilib.

Bəzən valideynlərin də görməzdən gəldiyi erkən yeniyetməlik sonradan bir çox xəstəliklərə yol aça bilir. Daha çox qız uşaqlarının rastlaşdığı erkən yeniyetməlik boyun qısa qalması və bəzi psixoloji problemlər yaradır.

Yeniyetməlik uşaqlıqdan yetkinliyə keçiddir. Uşağın fizioloji, psixoloji və sosial baxımdan da dəyişdiyi dövrdür. Yeniyetməliyin sonunda fərd reproduktiv funksiyasını qazanmış olur. Yeniyetməlik yaşı qızlarda 8-13, oğlanlarda isə 9-14 yaş arasıdır. Yeniyetməliyə aid əlamətlər qızlarda 8, oğlanlarda 9 yaşdan əvvəl görünürsə, bu, erkən yeniyetməlik hesab olunur.

Qızlarda bu dövrün başlanmasının ilk göstəricisi döş toxumalarının böyüməsidir. Daha sonra cinsiyyət orqanında və qoltuq altında tüklənmə baş verir. Ən sonda menstruasiya olur.

Oğlanlarda isə ilk əlamət xayaların böyüməsidir. Sonra penis böyüməsi, cinsiyyət bölgəsi və qoltuq altının tüklənməsi, səsdə qalınlaşma, bədən əzələlərinin çəkisinin artması və yetkin görünüşə çatma baş verir.

Bu əlamətlərdən bir və ya bir neçəsinin qızlarda 8, oğlanlarda 9 yaşından tez baş verməsi erkən yeniyetməlik probleminə işarədir.

 

Səbəbləri nələrdir?

Erkən yeniyetməlik yaşayan uşağın sümükləri yaşıdlarına nisbətən daha erkən böyüməyə başladığı üçün, böyümə nöqtələri də daha tez qapanır. Bu da fərdin boyunun qısa qalmasına səbəb olur. Erkən menstruasiya da qızlarda psixoloji narahatlıq əmələ gətirə bilər. İstənilən halda bu problemin səbəbini araşdırmağınızda fayda var. Çünki beyinlə əlaqəli xəstəliklərdən də erkən yeniyetməlik yarana bilər.

 

Uşaqları GMO-lu qidalardan uzaq tutun!

Dünyada son 10 ildə müşahidə olunan erkən yeniyetməliyin səbəblərindən biri də yediyimiz qidaların tərkibindəki hormon və qatqı maddələridir.  Böyümə hormonu əlavə edilərək yetişdirilən meyvələr (çiyələk, alça və s.), tərəvəzlər (pomidor, xiyar və s.), yenə sürətlə böyüdülən toyuqlar, yumurtalar, ətlər, südlər uşaqlarda hormonal dəyişikliyə səbəb olur. Təkcə bunlar deyil, iqlim dəyişikliyi, çirkli hava, oyuncaqların tərkibindəki kimyəvi boya maddələri də uşaqlara pis təsir göstərir.

Yaşıdlarından fərqləndiyini hiss edən uşaq psixoloji narahatlıq yaşayır, dostları, ailəsi və müəllimləri ilə tez-tez münaqişəsi olur. Bu da həmin uşaqların məktəbdə dərslərindən zəif qiymətlər alması ilə nəticələnə bilər. Gələcəkdə isə aqressiv, özünə güvənməyən, narkotik vasitələrə və intihara meylli birinə çevrilməsinə səbəb olar.

 

Necə müalicə etməli?

Həkim müayinəsindən sonra farmakoloji maddələrlə aktiv olmuş sistemə təzyiq olunur, erkən yeniyetməlik dayandırılır. Normal yeniyetməlik yaşına çatanda bu dərmanların verilməsi dayandırılır.

Qız uşaqları problemin olub-olmamağından asılı olmayaraq, 13-15 yaş arası müayinə edilməlidirlər.

 

Oğlanlarda erkən yeniyetməlik hansı xəstəliklərin əlamətləri ola bilər?

Beyin iltihabı və infeksiyaları

Böyrəküstü vəzlərin şişi

Yumurtalıq-xaya şişləri və xəstəlikləri

Beyin şişləri




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir