kremli toyuq

Kremli toyuq necə hazırlanır? – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 746

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə sizə kremli toyuğun hazırlanmasından bəhs edəcəyik.

 

İnqrediyentlər

3 ədəd toyuq

5 x.q. zeytun yağı

2 diş sarımsaq

1 ç.q. quru kəklikotu

1 ç.q. limon qabığı

1 ç.q. duz

1 ç.q. istiot

1 paket krem

150 qr qaymaq

1 x.q. Super Sun yağı

1 ç.q. duz

 

Toyuqlar zeytun yağı, limon qabığı, sarımsaq, ədviyyatlar və duzla birlikdə yaxşıca qarışdırılır. 1 saat soyuducuda saxlanılır. Vaxt yoxdursa bişirilə bilər.

Tavaya zeytun yağı əlavə olunur, toyuqlar hər iki tərəfi qızarana qədər bişirilir.

Sonra tavanın içərisinə Super Sun yağı əlavə olunur, göbələklər duz, istiotla birlikdə yaxşıca sotelənir.

Daha sonra az-az krem əlavə olunur, qarışdırılaraq krem xəfif qatı hala gətirilir.

Əvvəldən bişən toyuqlar sousun içərisinə qoyulur, bir neçə dəqiqə bişirilir. Ocaqdan götürülür, isti halda servis edilir.

 

Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir