moda

Kübar cəmiyyətin geyim qaydalarını pozan məşhurun stilləri

Baxış sayı: 250

Məşhurların ictimaiyyət qarşısına hər gün yeni obrazlarda çıxmaq imkanları yetərincədir. Bununla belə İngiltərə krallığının sevimli gəlini – Keyt Middlton bir paltarı dəfələrlə geyinməkdən çəkinmir. Belə xırdalıqlar hersoginyanı qətiyyən narahat etmir. Və qeyd etmək lazımdır ki, Keyt kübar cəmiyyətdə bu ənənənin əsasını qoyan ilk nümayəndədir.

Məşhur dizaynerlərdən geyinən Keyt mütəmadi olaraq çıxışlarında köhnə dəstlərinə müraciət edir. O, bir paltarı müxtəlif aksessuarlarla uyğunlaşdıraraq bir neçə dəfə istifadə etmək bacağırına malikdir. Paltarlara bu cür münasibətinə görə onu “qənaətcil Keyt” adlandırırlar.

“Gencaile.az” “Publika.az”-a istinadən dəbdən düşməyən paltarlarını müxtəlif illərdə təkrar-təkrar geyinən 37 yaşlı Keyt Middltonun fotolarını təqdim edir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir