divar kagizi

Ləkələnmiş divar kağızlarını təmizləmək üçün nə etməli?

Baxış sayı: 783

Divar kağızı otaqların ən önəmli aksesuarı sayılır. O nə qədər zövqlü və gözəl olarsa, ev də bir o qədər rahat və səliqəli görünər. Amma bu təmizliyi və səliqəni qorumaq hər zaman mümkün olmur.

Beləliklə, divar kağızlarınızı hər cür ləkələrdən təmizləyib, qorumağın sirlərini sizinlə bölüşürük.

Sirr deyil ki, hər bir ailədə kiçik rəssamlar böyüyür, və onlar istedadlarını ən çox divar kağızlarının üzərində sübut etməyə çalışırlar. Bu isə ailə büdcəsinə böyük ziyan deməkdir. Rəngli flamasterlə yazılmış divar kağızlarını üz qırxmaq üçün olan köpüklə təmizləyə bilərsiniz. Öncə köpüyü yazıların üzərinə sürtün, 1 neçə dəqiqə saxlayıb, yuyun. Bundan əlavə qələm, famaster və digər çətin ləkələri kartof nişastası və sudan hazırlanmış şiləyə (kaşa) limon duzu əlavə edərək hazırlanmış məhlulla silə bilərsiniz. Məhlulu öncə pambığa batırıb, ləkələrin üzərinə çəkin. Bu prosesi ləkə tam təmizlənənədək təkrarlayın.

Divar kağızlarındakı eyni problemləri çözmək üçün paltarlar üçün nəzərdə tutulan sprey formalı ləkəçıxardanlardan istifadə edə bilərsiniz. Məhlulu ləkənin üzərinə sıxıb, 10 dəqiqə gözlədikdən sonra pambıq disklə silin.

Həmçinin bu ləkələri adi naşatır spirti ilə təmizləmək olar. Spirti qulaq çöpünün pambığına batırıb, ehtiyatla ləkələrin üzərinə sürtün. Bu da sınanmış üsul sayılır.

Divar kağızlarından yağ ləkələrini ütü və ağ kağızın köməyilə təmizləyə bilərsiniz, bir şərtlə ki ləkə təzə olsun. Çünki zaman keçdikdən sonra bu üsul işə yaramayacaq. Öncə ağ kağızı ləkənin üzərinə qoyun. İsti ütünü kağıza yapışdırın. Bu prosesi bir neçə dəfə təktaralayın. Yağ ləkəsi ağ kağızın üzərinə yapışacaq. Beləcə divar kağızınız təmizlənəcək.

Divar kağızlarından barmaq izlərini təmizləməyin yolunu da tapmışıq. Adi pozan bu işin öhdəsindən asanlıqla gələcək.

Bu kimi probləmlərdən birdəfəlik canınızı qurtarmaq istəyirsinizsə silinən divar kağızı alın. Beləcə ən şətin ləkələr belə adi nəm salfetin köməyilə asanlıqla gedəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir