yemeye ne var

“Lalə” salatı belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 188

“Gencaiule.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə “Lalə” salatının hazırlanma qaydasını təqdim edəcəyik.

 

Lalə salatı üçün lazım olan ərzaqlar

200 q Tilsiter pendiri

300 q toyuq file

3 ədəd pomidor

200 q göbələk konservi

½ göy soğan

1 ədəd cəfəri

150 q mayonez

duz

istiot

1 ədəd zeytun

 

Lalə salatı üçün ərzaqların yığılması

İstifadə edəcəyiniz toyuq fileni təmizləyib yuyunvə suyunu süzün. İstifadə edəcəyiniz göbələk konservinin suyunu süzüb kasaya ylğın. İstifadə edəcəyiniz pomidoru yuyub mətbəx dəsmalının üzərinə yığın. Salata qatacağınız pendiri də kasaya yığın. Salat üçün istifadə edəcəyiniz göy soğanı təmizləyib yuyuaraq suyunu çəkməsi üçün mətbəx dəsmalının üzərinə yığın. İstifadə edəcəyiniz mayonezi bir kasaya yığın.Salat üçün lazım olacaq duzu, istiotu ayrıca kasalara yığın.

 lale salati

Lalə salatı üçün ərzaqların hazırlanması

Toyuq fileni bişirib kiçik -kiçik doğrayın. Göbələk konservini də suyunu süzdükdən sonra kiçik parçalar halında doğrayın. Tilsiter pendirini də rəndələyin. Göy soğanı kiçik-kiçik doğrayın.Pomidorun birini halqavari, digər ikisini isə kiçik- kiçik doğrayın.

 

Lalə salatının hazırlanma qaydası

Bu işləmlər başa şatdıqdan sonra salatın hazırlanmasına başlayın. Hazırladığınız toyuq fileni boşqabın içərisinə töküb yayın. Sonra filenin üzərinə mayonez əlavə edin ki, filenin üzəri örtülsün. Mayenezi yaydıqdan sonra göbələk konservini də əlavə edin. Göbələyin üzərinə doğradığınız göy soğanı əlavə edin. Yenidən mayonez əlavə edin. Bundan sonra isə doğradığınız pomidoru da əlavə edərək üzərinənə duz və istiotunu da səpin. Ən sonda isə rəndələdiyiniz Tlisiter pendiri ilə ərzaqların üzərini qapadın. Doğradığınız pomidorları gül formasında salatın üzərinə düzüb orta hissəsinə zeytun dənəsini əlavə edin. Gülün yaşıl yarpaqlarını isə cəfəridən istifadə edib düzəldin. Artıq salatınız servisə hazırdır.

 

Lalə salatının servis edilməsi

Hazırlamış olduğunuz bu lalə salatını istənilən vaxt hazırlayıb müxtəlif yeməklərlə birlikdə servis edə bilərsiniz.

Nuş Olsun!

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir