kasmetika

Layneri göz formasına görə necə çəkməli?

Baxış sayı: 1. 613

Göz layneri çəkməyin bir sıra incəlikləri var. Göz formanıza uyğun olmayan layner çəkdikdə gözləriniz səliqəsiz olar və üz formanıza xələl gətirər. Bu kimi halların qarşısını almaq üçün göz formanıza uyğun layner çəkməlisiniz. “Gencaile.az” “Ailem.az”-a istinadən bunun bir neçə sirri ilə xanımları tanış edir.

 

Badam göz formasına sahib olanlar

Gözlərin daxili və xarici küncləri eyni səviyyədə olmalı və daxili küncləri arasındakı məsafə bir gözün uzunluğuna bərabər olmalıdır. Bu gözəl göz formasına layner çəkmək olduqca sadədir. İlk növbədə daxili küncdən xaricə doğru göz qapağı üzərindən uzun bir xətt çəkin. Xarici köşədəki xətti uzadın, ancaq xəttin kənarına keçməyin. Bu, gözləri daha geniş və cazibədar göstərəcək.

Qapağı aşağı gözlər

Bu tip gözlərdə layner ümumiyyətlə çox görünmür. Ona görə də bu tip gözlərə layner çəkməzdən əvvəl kirpikləri ön plana çıxarmaq lazımdır. Daha sonra kirpik diblərinizə tətbiq etdiyiniz layner daha böyük gözlərə sahib olmanızı təmin edəcək.

İri gözlər

Bu tip gözlərin onsuz da ümumi mənada makiyaja ehtiyacı yoxdur və göz layneri çəkmək olduqca asandır. İri gözlərə layner çəkərkən diqqət yetirməniz lazım olan yeganə əhəmiyyətli məqam gözlərin bitən yeridir. Layneri bir az uzatmaq baxışlarınıza gözəl məna verər.

Qıyıq gözlər

Qıyıq gözlər son dərəcə seksual və cazibədar görünür. Ancaq kiçik olduğu üçün şikayət edirsinizsə, göz qapağınızın içlərinə ağ göz qələmi tətbiq edə bilərsiniz. Daha iri və parlaq bir görünüşə qovuşmaq üçün kirpiklərinizin arasına ağ qələm çəkdikdən sonra üst göz qapağını vurğulamaq üçün orta hissədən xaricə doğru incə qara xətt çəkin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir