esya

Lazımsız hesab etdiyiniz bu əşyaların nə üçün olduğunu bilirdiz?

Baxış sayı: 1. 374

Siz bu əşyaları demək olar ki, hər gün görürsünüz və gülərək mənasız bir şey olduğunu düşünürsünüz. Lakin indi bütün bunlardan xəbərdar olacaqsınız.

 

Diyircəkli qələmin qapağındakı dəlik

Bir çoxları diyircəkli qələmin qapağındakı dəliyin mürəkkəbi qurumaqdan qoruduğunu və ya mürəkkəbin axmasına səbəb olacaq artıq təzyiqin aradan qaldırılmasına xidmət etdiyini ehtimal edir. Əslində isə o, təhlükəsizlik məqsədilə düşünülüb. Əgər uşaq təsadüfən qapağı udarsa, boğulma ehtimalı olmayacaq, üzərindəki dəlik həkimlərin gəlişinə qədər zərərçəkənə nəfəs almağa imkan verəcək. Dəlik məhz belə hallara hesablanıb.

 

Təyyarə pəncərələrindəki dəlik

Heç təyyarə şüşələrində açılmış mikroskopik dəliyə nəzər yetirmisiniz? Növbəti dəfə mütləq nəzər salın! Onların mövcudluğunu sezənlərə isə anlamını açıqlayırıq. Bu dəliklərin iki təyinatı var. Birincisi, onlar təzyiq fərqini kompensasiya edir. Təyyarə böyük hündürlükdə uçan zaman hava gəmisi daxilindəki təzyiqlə xaricdəki arasında fərq çox böyük olur, daxili şüşədəki kiçik dəlik xarici şüşəyə bu fərqin öhdəsindən gəlməyə yardımçı olur. Bundan başqa bu dəliklər pəncərələrin tərləməsinə imkan vermir.

 

Geyim üzərindəki əlavə parça hissəsi

Əksər hallarda yeni geyimlərlə birgə düyməli parça hissəsi də təqdim edilir. Bəs, o nə üçün lazımdır? Yamaq üçün? Xeyr! O, sizlərin geyimi təhlükəyə məruz qoymadan parçanın müxtəlif yuyucu və təmizləyici vasitə növlərinə necə reaksiya göstərdiyini yoxlamanız üçündür .Əgər kiçik parça hissəsi isti suya, kimyəvi maddələrə və s. tab gətirirsə, yuxarıda sadalananları geyimin özünə tətbiq etmək olar.

 

Cinslər üzərindəki kiçik cib

Müasir insanlara onun nə üçün nəzərdə tutulduğu bir o qədər məlum deyil. İnsanlar cinslərin istehsal edildiyi ilk zamanlarda kiçik cibin cib saatı üçün hazırlandığını yaxşı anlayırdı. Zaman keçdikcə cib saatları aradan çıxdığından cibin ilkin təyinatının nədən ibarət olduğu unudulub. Modelyerlər isə sonralar sadəcə klassik görünüşü dəyişmək istəməyib.

 

Cinslərin üzərindəki pərçimlər

Bunlar heç də dekorativ element deyil. Keçmişin daha bir əlamətidir. Denim parçadan (cins parçası) hazırlanmış şalvarların başlıca istehlakçısı olan mədənçilər və qızıl axtaranların işi fiziki cəhətdən o qədər ağır idi ki, parça tab gətirməyərək tikiş yerindən qopurdu. Pərçimlər isə tikişləri möhkəm saxlayırdı.

 

Kedlərin üzərindəki dəlik

Bahalı və ya ucuz olmasından, əyləncə və ya bədən tərbiyəsi dərsləri üçün nəzərdə tutulmasından asılı olmayaraq bütün kedlər bu qəribə dəliklərlə bəzədilib. Təbii ki, səbəbsiz yerə belə edilməyib. Birinci səbəb bəllidir: havalandırma. Lakin daha bir səbəb var. İlk kedlər basketbolçular üçün hazırlanıb və onlar oyun öncəsi ayaqqabı bağlarını bu əlavə dəliklərdən keçirməklə ayaqqabının ayağa daha sıx oturmasını təmin ediblər.

 

Ruletkanın sonundakı dəlik

Ustalar təbii ki, ruletkanın (ölçü lenti) sonunda nə üçün dəlik olduğunu anlaya bilər. Digər insanlara isə izah edək: onu rahatlıqla mismara taxaraq ölçü işlərini aparmaq olar. Bu zaman özünüzü ölçü lentinin sürüşməsindən, hesab işlərinin səhv aparılmasından sığortalayırsınız.

 

Ruletkanın sonundakı dişlər

Yəqin ki, ölçü lentinin metal sonluğunda dəliklə yanaşı dişlərin də olduğunu sezmisiniz. Bəs, onlar nə üçün lazımdır? Ustanın lazımi məsafəni ölçərək birbaşa suvaq üzərində cızıqla qeyd aparması üçün nəzərdə tutulub. Əllər ölçü aləti ilə məşğul olduğu zaman karandaş istiqamətində əyilməyə ehtiyac qalmır.

 

Tayqulp dəstəyindəki dəlik

İlk baxışdan qəribə gəlsə də, tava və tayqulpların dəstəyindəki dəliyin də praktiki mənası var. Birincisi, dəlik vasitəsilə tayqulpu divardakı asılqandan asmaq olar və bununla da mətbəxdə gözəl mənzərə yaranar. İkincisi, hazırlanmaqda olan xörəyi qarışdıran zaman yeməyin hazırlanmasında istifadə edilən qaşığı stolun üzərinə qoymadan həmin dəliyə yerləşdirə bilərsiniz.

 

Makaron üçün qaşığın üzərindəki dəlik

Makaron üçün qaşığın ortasındakı dəlik təbii ki, qaynamış makaronları saxlamaqla suyun axmasına imkan vermək üçündür. Lakin daha bir iş üçün də nəzərdə tutulub. Məsələ burasındadır ki, bu dəliyin ölçüsü bir nəfərə kifayət edəcək quru spaqetti porsiyası diametrinə müvafiqdir.

 

Yanacaq səviyyəsi göstəricisi üzərindəki ox

Yanacaq səviyyəsi göstəricisi üzərindəki benzin kolonkası təsvirinin yanındakı oxa diqqət yetirin. Bunun sadəcə şəkil olduğunu düşünürsüz? Əslində isə bu ox avtomobilin benzin çəni qapağının hansı tərəfdə olduğunu və müvafiq olaraq benzin kolonuna hansı yanla (sağ və ya sol) yanaşmalı olduğunuzu göstərir. Öz avtomobilinizdə yəqin ki, bunu bilirsiz, lakin avtomobil icarəyə götürülübsə, bu məlumatın faydası böyük olacaq.

 

“Nazik şpilka” üzərindəki ziq-zaq

Bu ziq-zaqlar “nazik şpilka”ya saçları daha yaxşı saxlamağa yardımçı olur, lakin bu hal ziq-zaqlar baş istiqamətinə çevrilmiş olduqda effektini göstərir (xaricə tərəf yox). Saçınızı düzəldərkən bunu nəzərə alın.

 

Kağız üçün bıçaqdan istifadə

Bağlama açma və ya kağız bıçağı üzərindəki bu xətlər bıçaq kütləşən zaman qırmağınız üçündür. Hər dəfə bıçağın kütəldiyini hiss etdiyiniz zaman arxa hissədəki tıxacı (şəkildəki qara rəngli arxa hissə) çıxararaq onun vasitəsilə bıçağın uc hissəsindəki bir xətti qırın, bıçaq yenidən iti olacaq. Bundan sonra tıxacı yerinə taxın.

 

Qıfılın aşağı hissəsindəki dəlik

Əgər qapını və ya anbarın qıfılını bağlayırsınızsa, o zaman aşağı hissəsindəki kiçik dəliyə fikir verin. Məhz onun sayəsində qıfıla dolmuş su axaraq gedir. Əgər su axmasa, yağışlı havadan sonra paslanar və ya qışda şaxta olduğu zaman donar və hər iki halda açmaq mümkünsüz olar

 

Naqillərdəki yoğunluq

Bir çox qidalandırıcı naqillərdə, misal üçün kompyüterlərdə belə slindrik formalı yoğunluqlar var. Bəs onlar nə üçün lazımdır? Bunlar ferrit özəklər və ya induktiv elementlərdir. Maqnit dəmit oksiddən hazırlanıb və yüksəktezlikli elektromaqnit maniələri boğmaq üçündür. Bu, mobil telefonu həddən artıq mikrofona yaxınlaşdırdığınız zaman dəstəkdə həmsöhbətin səsi yerinə eşitdiyiniz xışıltı və cırıltıdır? Bu ferrit özəklər monitorların, akkumulyatorların və digər texnikaların oxşar halla rastlaşmasına imkan vermir.

 

Dərman tübikinin qapağındakı iti çıxıntı

Bu çıxıntı nə üçündür? Bir qayda olaraq belə tübiklərdəki dərmanlar qapaqla yanaşı folqa təbəqəsi ilə müdafiə olunur. Məhz bu çıxıntı sayəsində folqanı dırnaq və digər vasitələrlə qoparmağa ehtiyac qalmır. Sadəcə qapağı açın, çevirin və onunla folqanı deşin. Dərmanın çıxış yolu açılacaq.

 

Klaviatura düymələri üzərindəki xətlər

Şəkilə diqqət yetirsəniz F və J düymələrinin aşağı hissəsində az nəzərəçarpan xətləri görə bilərsiniz. Peşəkar makınaçılar onların nə üçün lazım olduğunu bilir: “kor 10 barmaqlı çap” metodu (klaviaturaya baxmadan yazmaq) zamanı bu düymələr baza rolu oynayır, işarə barmaqları onların üzərində durmalıdır. Bu xətlər üzrə makınaçı başını aşağı əymədən barmaqlarının lazım olan yerdə olduğunu anlayır.

 

Xətkeş üzərindəki dəlik

Bu dəlik vasitəsilə xətkeşi stolun altındakı asılqandan asmaq olar.

 

iPhone kamerası yanındakı nöqtə

Kameranın yanındakı nöqtə nə üçündür? Bu mikrofondur. Arxa kameradan istifadə etdiyiniz zaman işə düşür.

 

Tic-Tac qapağındakı oyuq

Əgər “Tic-Tac” sevirsinizsə qapağın içəri hissəsindəki oyuqlu çıxıntını yəqin ki, görmüsünüz. Bunun qapağa daha sıx bağlanmağa yardım etdiyini düşünə bilərsiniz. Əslində isə bu, istəyinizdən asılı olaraq hər dəfə bir draje təqdim edən dozatordur.

 

Qazlı su qablarının qapağı altındakı nazik disk

Bəzən şəffaf plastikdən, bəzən isə rezindən hazırlanır. Bu disklər yalnız mayeni deyil, eyni zamanda suda həll olmuş qazı da saxlayır. Həmin qaz adi suyu qazlı suya çevirir. Əgər bu disklər olmasaydı, istənilən qazlı su artıq piştaxtaya çıxdığı zaman qazı uçaraq adi şirin su olardı.

 

Pozan üzərindəki ikinci rəng

İkirəngli pozana əlinizi yaxşıca sürtün, bu zaman bir rəngin digərindən nəzərəçarpacaq dərəcədə yumşaq olduğunu aşkarlayacaqsınız. Bu pozanın ən kobud hissəsidir, daha effektivdir və hətta mürəkkəbi silə bilir. Lakin yalnız qalın kağızda işə yarayır. Daha qalın qatı sildiyindən nazik dəftər ona tab gətirmir, nəticədə üzərində dəliklər açılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir