salat

“Ledi” salatı – RESEPT

Baxış sayı: 2. 334

Tərkibi:

300 q toyuq filesi
150 q xiyar
150 q yaşıl noxud konservi
150 q xama
1 dəstə şüyüd
duz

Toyuq filesini yuyub qazana qoyun, üzərinə su töküb ocağın üstünə qoyun. Qaynara düşəndən sonra 20 dəqiqə də bişirin. Soyudun.

Xiyarı çox xırda olmayan kubik doğrayın.

Şüyüdü xırdalayın.

Toyuq filesini xiyar kubikləri boyda doğrayın.

Salat qabında toyuq əti, xiyar, şüyüd və noxud konservini xama, duz və istiot əlavə etməklə qarışdırın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir