lenin

Leninin Kremldəki sirli mənzili: zibil qutusu, süpürgə, çaynik və iki kasa… – FOTOLAR

Baxış sayı: 1. 683

Dünya proletariatının rəhbəri 300 metrlik sadə evdə yaşayırdı. 20 əsrin ən nüfuzlu insanlarından, aparıcı liderlərindən biri olan Vladimir İlya Ulyanov (Lenin) 91 il əvvəl aprelin 22-də vəfat etmişdi. Onun ömrünün son illərində sovet hökuməti Petroqraddan Moskvaya köçürülmüşdü.

 

Xüsusi əməliyyat

Lenin Moskvaya köçmə haqqındakı planlarını 1918-ci il fevralın 26-da keçirilən müşavirədə Xalq Komissarlar Sovetinin (SNK) üzvlərinə bildirmişdi. Maraqlıdır kı, köçürülmə haqqında qərar qəbul edildikdən sonra qəzetlər hakimiyyətin adından məlumat yaydı:

“Petroqraddan Moskvaya köçürülmə tamamilə yanlış məlumatdır. Xalq Komissarları Soveti və Mərkəzi İcraiyyə Komitəsi olduğu kimi Petroqradda qalır və Petroqradın müdafiəsi son dərəcə gücləndiriləcək”.

Bütün bunlara baxmayaraq, Çiçək meydançasındakı kiçik stansiyanın dəmir yolunda sürətlə məxfi hazırlıqlar gedirdi.

1918-ci il mart ayının 10-u saat 22:00-da 4001 nömrəli qatar 200 nəfər silahlı mühafizin müşayətilə Moskvaya yola düşüb. Bir sutka yolda olan qatar çatar-çatmaz sovet hökumətinin Kremldəki yeni iqamətgahını mühafizəyə aldı.

Deyilənə görə, sovet elitasının bir hissəsi elə burda yerləşdirilmişdi. Eyni zamanda, bir çox xadimlər, Yakov Sverdlov, Aleksey Rıkov, VSNX-nin sədri Valerian Obolenski (Osin­skiy), VÇK-nın başçısı Feliks Dzerjinski də burada yaşayib. Bundan başqa, İosif Stalin və başqaları da müxtəlif vaxtlarda böyük Kreml sarayında yaşayıblar. 1918-ci ilin sonuna doğru Kreml sarayında rəsmən 59 nəfər qeydiyyatda olsa da, ilin ortalarında sarayda 1100 nəfərdən çox insanın yaşadığı qeyd olunub.

Sakinlərin çoxu saray qulluqçuları, Kreml ətrafında yerləşən monastrların rahib və kahinləri idi.

O dərəcəyə çatmışdı ki, saraya yeni gələnlər üçün qalacaq otaq qalmamışdı. Bu səbəbdən iyul ayının 20-si Xalq Komissarlar Soveti qətnamə qəbul edib. Qətnamədə deyilir ki, həftə ərzində sovet müəssisələrində xidmət etməyən insanlar saraydan çıxarılsın. Qalan şəxslərə isə özləri ilə sadəcə şəxsi əşyalarını saxlama icazəsi verilsin. Beləliklə boşaldılmış yerlərdə sovet müəssisəsində xidmət edən insanlar yerləşdirilir. Saraydan Kremlin tədqiqatçısı və tarixçi Sergey Bartenyovun çıxarılması qərarını böyük təəssüf hissi ilə məhz Xalq Komisarlar Sovetinin sədri Lenin özü vermişdi. Şəxsi əşyalarının və unikal kitabxananın saraydan çıxarılması üçün Lenin Sergey Bartenyova öz şəxsi maşınını ayırmışdı.

Yeri gəlmişkən, bolşeviklərin sərəncamında olan imperator İkinci Nikolayın şəxsi qarajından olan avtomobillər 1917-ci il fevral inqilabından sonra Müvəqqəti Hökumət dövründə vətəndaşlardan alındı. Lenin və ailəsi üçün Fransanın “Türk-Mary”, “Reno” və İngiltərənin “Rolls-Royce” avtomobilləri ayrılmışdı. Lenin bu avtomobillərdən Moskva ətrafı səfərlərdə istifadə edirdi. Hətta o, ov üçün ətrafdakı meşələrə gedəndə də qarajdakı avtomobillərdən istifadə edib. Qarajın arxivindən tapılan sənəddə qeyd olunub ki, Leninin Arxangels səfəri zamanı avtomobil qarlı havada batıb qalıb. Avtomobilin işə salınmasına kömək edən kəndlilərə 5 rubl ödəməyə məcbur olublar.

Tarixi faktlarda Leninin avtomobillərinin dəfələrlə oğurlandığı qeyd olunub. Lenin hələ Sankt-Peterburqda olan vaxt 1918-ci ildə “Türk-Mary” markalı avtomobilini Smolni binasının əsas girişindən oğurlamışdılar. Sonradan araşdırmalar nəticəsində aydın olub ki, maşını yanğın mühafizəsinin əməkdaşları oğurlayıb. Onlar maşını Finlandiyada satmağı düşünüblər. 1919-cu ildə isə Moskva ətrafında cibgirliklə məşğul olan dəstə Leninin avtomobilinin qarşısını kəsib. Sürücünü, mühafizəçilərin silahını və şəxsi əşyalarını alan dəstə dövlət başçısının və bacısı Mariyanın pul kisəsini, eləcə də qiymətli digər əşyalarını, “Reno-40” markalı maşının götürüb. Hadisədən çox keçmir ki, quldur dəstəsini tapıb güllələyirlər.

Həmin vaxtlarda Moskvaya yeni gələn Lenin bir müddət məşhur Kreml sarayında qalıb. Qsa müddət sonra Kreml senatının binasında xüsusi olaraq onun üçün hazırlanmış mənzildə yerləşdirilib. Sovet hökumətinə xidmət edən məmurların yerləşdirildiyi mənzillərdə vaxtilə Çar məmurları yaşayıb. Üçüncü mərtəbədə Leninin otağının hazırlanması üçün otaqların quruluşu dəyişdirildi. Leninin otağına qonşu otaqda iclas zalı, siyasi büro, onun yanında isə müvafiq olaraq iş kabineti, telefon otağı və.s təyin edildi.

Mənzil kifayət qədər geniş və rahat görünürdü. Leninin yataq otağı 18 kvadrat metr idi. Yan otaqda rəhbərin arvadı Nadejda Krupski yaşayırdı. Ən böyük otağın sahəsi 55 kvadrat metr idi ki, bura qonaq otağı kimi qurulmuşdu. Bəzən qonaq otağında 1919-cu ildə həyat yoldaşını itirən Leninin böyük bacısı Anna Yelizarovna Ulyanovna da qalırdı. 1918-1921-ci illərdə Xalq Maarif Komissarlığında şöbə rəisi vəzifəsində çalışmağa başlayan Anna Yelizarovna Kreml yaxınlığındaki Manej küçəsindəki evlərdən birində yaşamağa başlayıb. Lenin yanında kiçik bacısı Mariya İlya da yaşayıb. Böyük bacısından fərqli olaraq, kiçik bacısının demək olar ki, şəxsi həyatı olmayıb. O, 1924-1929-cu illərdə siyasi büronun üzvü olan Nikolay Buxarinə aşiq olmuşdu. Amma bu sevgi qarşılıqsız olub. Nikolay Mariyaya qəlbini deyil, yanlız yazdığı kitabları hədiyyə edirdi. Onu da qeyd edək ki, Mariyaya hədiyyə edilən kitablar Nikolayın öz xətti ilə imzaladığı yeganə kitablar olub. Nikolay 1938-ci ildə sağçı olaraq ittiham edilərək güllələnmişdi. Leninin, Krupskinin və Mariya İlyanın kitabları Moskva ətrafındakı muzeylərə paylanaraq orada saxlanıldı. 1994-1995-ci illərdə Leninin Kremldəki mənzili Senat binasının əsaslı təmirinə davam gətirə bilməmişdi.

Leninin şəxsi mənzilində ayrıca mətbəxi, qulluqçu otağı, vanna və duş kabinası ilə təchiz edilmiş hamam otağı (O vaxtlar bu təchizat nadir adamlarda vardı) olub. Lakin binada istilik sistemi olmayıb. Mənzillər bir neçə adi peçin köməyi ilə isidilirdi. 1918-ci ilin dekabrında Lenin üçün Kreml sarayında ilk lift quraşdırıldı. Fanni Kaplanın avqust sui-qəsdindən sonra Lenin 3-cü mərtəbəyə qalxıb düşməkdə ciddi çətinlik çəkirdi. Daha sonra ikinci lift saray sakinlərinin birbaşa binanın ən üst mərtəbəsində hazırlanan çardaqlarda istirahət edə bilməsi üçün quraşdırıldı. Ümumən, belə baxanda, Leninin mənzili şan-şöhrətli yox, kiçik ölçülü, sadə otaqlardan ibarət olub.

Hətta Kremldə də iflasa uğramış ölkənin ən sadə avadanlıqlarını, məhsullarını əldə etmək olmurdu. Belə bir vəziyyətdə, 1914-cü il iyun ayının 14-də Kremlin birinci komendatı P. Malkova Xalq Komissarlar Sovetindən məktub gəlir:

“Sizdən imkan daxilində N.K.Ulyanovanın qidalanması üçün lazımlı məhsulları təmin etmənizi xahiş edirəm”.

Daha sonra Lenin kiçik bacısı Manyaşa (Mariya) komendanta yazırdı:

“Hörmətli yoldaş! V.İ.Lenin üçün, masaüstü elektrik lampası, zibil qutusu, süpürgə, çaynik və iki kasa göndərməyinizi xahiş edirik”.

Leninin arvad çox zəif qadın idi. Buna görə qayğıların çoxu Mariyanın çiyinlərinə düşürdü. Yeri gəlmişkən, Krupski öldüyü günə qədər (1939) Leninin Kremldəki mənzilində yaşayıb. Dünya proletariatının rəfiqəsini buradan çıxartmağa heç kim cürət etməyib.

1920-ci ilin sonlarında Kremldə yararlı-yararsız 325 mənzildə 2100 nəfərdən çox insanın yaşadığı qeydə alınıb. Binada əhalinin çoxluğu səbəbindən natəmizlik baş alıb gedirdi. Sındırılmış şüşələr, qırılmış barmaqlıqlar, ağzına qədər dolu, həftələrlə təmizlənməyən zibil qutuları tərk edilmiş binaya acınacaqlı görünüş verirdi. Genişmiqyaslı kommunal problemləri təsdiq edən sənədlər mövcuddur. 1918-ci il oktyabr ayının 14-də Kreml sakinləri deyirdi ki, komendatın göstərişlərinə baxılmır. Həyətyanı sahələrdə, küçələrdə, səkilərdə, pilləkənlərdə zibil əlindən yer yoxdu. Şəhərdə müxtəlif xəstəliklər yayılıb. Küçələr vaxtlı-vaxtında yuyulub süpürülmür, tullantılar, it, pişik cəsədləri yoluxucu infeksiyalar yaradıb. O illərdə Kremldə çoxsaylı ölüm halları qeydı alınıb. Bütün bunlara rəğmən Kreml sakinləri gələcəyə inamla baxırdılar. Bu problemlərin həlli yollarını axtarırdılar.

1918-ci ildə Leninin şəxsi sərəncamı ilə Nikol qalası demək olar ki, tamamilə bərpa edilmişdi. 1917-ci ilin noyabrında inqilabçı dəstələrin Kremlə hücumu zamanı digər binalardan fərqli olaraq, Nikol qalası daha güclü zərər görüb. 1918-ci ilin iyulunda həm də, artilleriya mərmiləri ilə dağıdılmış Kreml saatları da bərpa olunub. “Bizim Tanrımız Kolya..” və “Alayın Marşı”nın yerinə onlar günorta “Beynəlmiləl”, gecəyarısı isə “Siz öldünüz…” mahnısını ifa edirdilər. 1918-ci ildə Xalq Komissarlar Soveti Kremlin əsaslı bərpa olunmasına 450 min rubldan çox pul ayırdı.

Lenin vəziyyəti yenidən düzəltməyə cəhd edir, bütün xırdalıqları tək-tək düşünürdü. Yenidən dövlət yaratmaq cəhdləri onu tamamilə məhv etdi. Sağlamlığında daha əvvəllər yaranmış ciddi problemlər yenidən baş qaldırmağa başladı. İnqilab başçısının orqanizmi vaxtından əvvəl sıradan çıxırdı. Fiziki imkanları zifləyirdi və əsəb sistemi həddindən artıq yüklənməyə tab gətirəcək gücdə deyildi. Yorğunluqdan, nitqinin ara-sıra pozulmasından şikayət edən Lenin 1922-ci il may ayının 25-də iflic oldu. Sağ əlinin və ayağının hərəkəti məhdudlaşan Lenin danışıq qabiliyyətini sürətlə itirməyə başladı. Bu vəziyyətdən sonra o, əvvəlki gərgin iş rejiminə qayıda bilmədi. Lakin şəxsi qeydlərini etməyə və məqalələr yazmağa davam edirdi. Stalindən ölkə hakimiyyətini təhqir edən yazılara görə üzr istəməsini tələb edirdi. Onu qəzetlərə hörmət etməyə dəvət elədi. Bu dövr üçün Leninin ən məşhur yazısı belə başlayırdı:

“Stalin, çox kobud və dözülməz adamdır. Onunla ünsiyyət qurmaq olduqca çətindir”.

1922-ci ildə Leninin vəziyyəti xeyli yaxşılaşsa da, gözlənilmədən insult keçirən rəhbər bu dəfə həmişəlik Kremldən uzaqlaşdırıldı. 1923-cü ildə onu Qorkiyə apardılar.

1870-ci il aprel ayının 22-də dünyaya gələn Rusiya inqilabçısı, publisist, SSRİ-nin qurucusu Vladimir İlya Lenin 1924-cü il yanvar ayının 21-də vəfat edib. Həyatının son illərində ciddi sağlamlıq problemi yaşayan Lenin hakimiyyət üzərində idarəetməni itirdiyi üçün özünü bağışlaya bilmirdi. Vladimir İlya Lenin o qədər hakimiyyət pərəstişkarı idi ki, hakimiyyətdə qala bilmək üçün Rusiyanın yarısından belə keçməyə hazır idi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir