Heykel

Leninin, Qandinin, Marksın heyran olduğu, dünyanın ƏN SİRLİ MƏKANLARI

Baxış sayı: 1. 588

Dünyanın ən yaxşı kitabxanaları – Milyonlarla əsər, bənzərsiz atmosfer…

Mart ayının son həftəsi “kitabxana həftəsi” kimi qeyd edilir. Texnologiya nə qədər irəliləyirsə, irəliləsin, kitabxanalar öz sirli atmosferindən heç nə itirmir.

ABŞ-ın “Best Colleges” saytı dünyanın ən gözəl kitabxanalarının siyahısını hazırlayıb.

 

1. Konqres kitabxanası – ABŞ

ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən konqres kitabxanasında 32 milyon kitab, 61 milyon əlyazma mövcuddur. Dünyanın ən zəngin kitabxanalarından hesab edilir. Sadəcə ev sahibliyi etdiyi mənbələrin sayı ilə deyil, həm də məzmunu ilə göz qamaşdırır. ABŞ tarixi için çox önəmli olan “Azadlıq manifesti”nin ilk layihəsi ilə yanaşı, Quttenberqin dərc etdiyi “İncil” kitabının çox yaxşı formada qorunub saxlanılan orijinal nümunələri də bu kitabxanada yaşayır.

Son 300 ildə 1 milyon qəzet, 5 milyondan çox xəritə, 14 milyon foto və broşür Konqres kitabxanasının sehrli arxivləri arasındadır. Üstəlik, bütün bunlar tayı-bərabəri olmayan, mükəmməl memarlığın əhatəsindədir.

 

2. Oksford Universitetini Bodleian Kitabxanası – İngiltərə

Londonda yerləşən “Times Higher Education” qurumunun “Dünya Universitetlərinin Sıralaması 2018” siyahısında dünya miqyasında ən güclü rəqiblərini keçərək ilk sıraya yerləşən Oksford 1602-ci ildə qurulan Bodleian kitabxanası ilə də zirvədədir. Kitabxana Avropanın ən qədimlərindən biridir və dünya tarixinə yön verən mətnlərin bəzilərinə ev sahibliyi edir. Bunlar arasında “Maqna Kartan”ın 4 nüsxəsi, bir Quttenberq “İncil”i, 1623-cü ildə köçürülən Şekspir oyunlarının ilk kütləvi çapı, onun “First Folio”su da Bodleianın inciləri arasındadır. Kitabxana binası ilə də kifayət qədər diqqət cəlb edir. “Radcliffe Camera” adı verilən bina Oksfordun simvollarından birinə çevrilib.

 

3. Britaniya Muzeyinin Mütaliə otağı – İngiltərə

Londona səyahət edənlərin ilk baş çəkdiyi yerlərdən olan Britaniya muzeyi nadir tarixi əsərlərlə tanınır. Ancaq muzeyin mərkəzində yerləşən mütaliə otağı o qədər də məşhur deyil. Lakin ilham verən memarlığı üçün belə bu muzeyə baş çəkməyə dəyər. Sadəcə atmosferi ilə deyil, xüsusi kitab, əlyazma və xəritə kimi çox sayda nadir əsərlə bu yer sevgiyə layiq bir məkandır. Məkanın ziyarətçiləri arasında Karl Marks, Oskar Vayld, Lenin, Mark Tven, Mahatma Qandi, Corc Oruell kimi ictimai xadimlər olub.

 

4. Yale Universitetinin Baynek Nadir Kitablar və Əlyazmalar Kitabxanası – ABŞ

Kitabxana ölçüləri baxımdan dünyanın ən nəhənglərindəndir. Adından da göründüyü kimi, nadir kitablara ev sahibliyi edir. Məkanda Jozef Konrad, D.H. Lourens, Rudyard Kiplinq kimi bir çox məşhur yazarın nadir kolleksiyaları var. Baynek, ayrıca, özünəməxsus memarlığı ilə də tanınır. Mərkəzdə yer alan qatlarla yüksələn rəflərin olduğu platformanın ətrafı nadir kitabları birbaşa işıq şüalarından qorumaq üçün xüsusi şüşə ilə örtülüb.

 

5. Vatikan Kitabxanası – İtaliya

Qeyri-adi əsərləri ilə tarixsevərlərin ən sevimli məkanına çevrilən Vatikan Kitabxanası 1.1 milyon kitab, 75 000 əlyazma, mətbəənin ilk dövrlərində dərc edilmiş 8500 kitabla dünyanın ən qədimlərindəndir. 1475-ci ildə qurulan kitabxanaya hər kəs gedə bilmir. Bunun üçün bir neçə prosedurdan keçmək mütləqdir.

 

6. St. Marks Milli Kitabxanası – İtaliya

İntibah memarlğının ən gözəl örnəklərindən olan bu məkan, eyni zamanda, çox sayda klassik əsərin evidir. 1 milyon kitap, 13 000 əlyazma, mətbəənin ilk dövrlərində çap olunan 2883 kitabla, 16-cı yüzilliyə aid 24 000 əsərlə St. Marks biz xəzinə kimidir.

 

7. Boston Xalq Kitabxanası – ABŞ

1848-ci ildə qapılarını xalqa açan ABŞ-ın ən böyük kitabxanasında 22 milyon kitab var. Kitabxana Conson və Makkim adlandırılan iki hissədən ibarətdir. Orta dövrə aid 1,7 milyon əlyazma ilə yanaşı, Daniel Defonun kolleksiyasına, Şekspirin “First Folio”sunun bir nüsxəsinə ev sahibliyi edir.

 

8. Parlament Kitabxanası – Kanada

Britaniya Muzeyinin Mütaliə Otağından ilhamlanaraq inşa edilən kitabxanada 600 000-dən çox əsər var. Bura kanadalı millət vəkillərinin işləməsi üçün açılsa da, ziyarət etmək istəyənlər üçün xüsusi turlar təşkil edilir.

 

9. Nyu York Xalq Kitabxanası – ABŞ

Nyu Yorkun simvollarından birinə çevrilən kitabxana 50 milyon əsərə ev sahibliyi edir, 3,5 milyon insana xidmət edə bilir. Quttenberq “İncil”inin Amerikadakı ilk nüsxəsi burada yerləşir. Kitabxanada 3150 insan işləyir. “Roza Ana” adlı möhtəşəm mütaliə otağı isə xüsusi seçilir.

 

10. Tomas Fişer Nadir Kitablar Kitabxanası – Kanada

Kanadanın lider universitetlərindən Torontonun tərkibində olan Tomas Fişerdə 15-ci əsr Mürnberq Xronikası və Nyutonun Qanunları kimi dəyərli kolleksiyalar yerləşir. Dünya miqyasında işçi hərəkatlarına dair 25 000 nadir kitab burada saxlanılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir