levengi

Ləvənginin hazırlanma qaydasını öyrənək – VİDEORESEPT

Baxış sayı: 1. 898

Tələb olunan ərzaqlar:
qırmızı soğan – 1 kq.
qoz – 200 qr.
turşu (palçıq turşu) – təxminən 0,5 stəkan
istiot – zövqə görə
duz – zövqə görə

Hazırlanma qaydası: 
Soğanı sürtgəcin iri gözündən və ya ət maşınından keçirin. Tənziflə suyunu yaxşıca sıxın. Soğan acıdırsa tavada yağsız azca pörtün. Qızartmaq olmaz!
Qozu xırdalayın. Ət maşınından çəkmək qətiyyən olmaz. İdeal halda qozu daşla döymək lazımdır, mümkün deyilsə qozçəkən maşınından keçirin. Soğanı və qozu 5/1 nisbətində qarışdırıb turşu əlavə edin. Zövqdən və turşunun turşuluğundan asılı olaraq miqdarı artırıb-azaltmaq olar. Ləvəngini zövqə görə duzlayıb-istiotlayın. Hazırladıqdan sonra dadına baxmaqdan çəkinməyin. Adətən bu dadlı içlə ov quşlarını, toyuq və ya balığın içini doldururlar. Ləvəngini balıqla hazırladıqda tərkibinə təmiz kürü əlavə etmək olar. Adətən süfrəyə bayram günlərində plovla verilir. Dondurulmuş vəziyyətdə 3-4 ay saxlamaq olar.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir