yemek

Limonlu yarpaq ciyər – RESEPT

Baxış sayı: 1. 624

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün  ciyər sevənlər üçün limonlu yarpaq ciyərin reseptini təqdim edirik.

 

Tərkibindəkilər:

• 350 qram ciyər

• 1 ədəd limon

• Un

• Kərə yağı

• Zeytun yağı

• Ağ şərab

• Duz

• İstiot

ciyer

Hazırlanması:

İlk öncə ciyəri yarpaq şəklində kəsin. Sonra duzlaynr və una batırın. Tavanı qızdırın, içinə zeytun və kərə yağı tökün. Kənarda unlanmış və duzlanmış ciyərləri tavaya qoyub 2 dəqiqə hər iki tərəfini də qızardın. Daha sonra tavadan götürüb ayrı bir boşqaba qoyun. Kərə yağını əridərək üstünə tökün. Limonu halqa şəklində dilimləyib tavaya düzün. Ciyərləri limon dilimlərinin üstünə qoyduqdan sonra üzərinə 1/3 stəkan ağ şərab tökün. Tavanın qapağını örtüb bir neçə dəqiqə bişirin. Daha sonra ciyərləri limonlarla süfrəyə verə bilərsniz.

Nuş olsun!

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir