pul

Lotereyada milyonlar qazanan 7 insanın tarixi dəyişikliyi – FOTOLAR

Baxış sayı: 1. 452

Bəzən insanlar lotereyadan milyonlar udub ömür boyu rahat yaşamağı arzu edirlər. Hər kəs zaman-zaman bunu istəyib. Heç düşünmüsüz ki, bir gün ağlınıza gəlməyəcək dərəcədə varlı olsanız necə hisslər keçirərsiz? “İnsan pulun, pul da insanın saxtasını yaradır” ifadəsi əbəs yerə yaranmayıb.

“Gencaile.az” “Publika.az”-a istinadən sizə pulun saxtalaşdırdığı 7 insan həyatından maraqlı faktları təqdim edir:

 

1. “Avaraların kralı” Mikki Kerol – O, 2002-ci ildə lotereyadan 10 milyon dollar udub. Şotlandiyada yaşayan 19 yaşlı Mikki zibil daşıyan olub. Gözlənilməyən məqamda şansı üzünə gülən oğlan bir an içində milyoner olub. Özünə 700 minlik ev alan Mikki, kiloqramla qızıl alırdı. Dostları ilə küçələrdə xuliqanlıq etməyə başlayan Mikki alkoqol qəbul etməyə başlayıb. Bir neçə ildən sonra qazandığı milyonlar bitdikdən sonra evi xarabalığa dönən Miki yenidən səfil həyatına geri dönüb. Mikki özü deyir ki, mən heç nə arzulamıram.

2. “Lotereya Romeosu” Karl Krompton 1995-ci ildə lotereyadan 11 milyon dollar udub. Böyük Britaniyalı cavan oğlan xarici görünüşü ilə diqqət mərkəzində olub. Lotereyada qalib olduqdan sonra isə bütün media onu izləyib. “Porsche”, “Ferrari” kimi bahalı avtomobillər alan oğlan həyatını rok-ulduz kimi davam etdirməyə başlayıb. Karl qısa zamanda Böyük Britaniyanın qibtə ilə baxdığı insana çevrilib. Karl 2 dəfə daha lotereya qalibi olaraq sərvətini artırıb.

3. “Gizli milyonçu” İngiltərəli Devid Eşkroft isə digərlərindən fərqli olaraq pulun əsirinə çevrilməyib. 1997-ci ildə lotereyadan 12 milyon dollar qazanan Devid mebel ustasıdır. O, milyonçu olduqdan sonra da öz işini davam etdirib. Heç bir “Ferrari”si olmayıb, qadınlarla əyləncəli kef məclisləri qurmayıb və malikanələr almayıb.

4. Bred Dyuk ABŞ-ın Aydaxo əyalətində yaşayır. O, 5 fitnes mərkəzinin rəhbəri, həm də məşqçisidir. Ambisiyalı Bred 2005-ci ildə lotereyada 220 milyon dollar qazanıb. Daha əvvəl 1 milyard sərvəti olan Bred bu pulu daha çox xeyriyyə məqsədilə istifadə etmək istədiyini bildirib. Bred deyir ki, bu pulun yalnız bir hissəsini öz işlərimi daha da təkmilləşdirmək, biliklərimi başqa insanlarla bölüşmək üçün istifadə edəcəyəm. Gələcəkdə bu sahənin sirlərindən bəhs edən kitab çıxartmaq arzusundayam.

5. Endrü Uittaker tarixin ən bədbəxt milyoneri hesab olunur. Amerikanın lotereya oyunlarından birindən 314 milyon dollar pul qazanıb. İlk vaxtda normal nümunəvi davranış sərgiləyən Endrü uduşun 10%-ni xeyriyyə təşkilatlarına bağışlayıb. Lotereyanı aldığı mağazada işləyən qadına ev və maşın hədiyyə edən Endrü sonradan alkoqola qurşanaraq həyatını məhv etməyə başlayıb. 2016-cı ildə demək olar ki, onun bir qəpiyi belə qalmamışdı. Hətta onun kazinolara 1,5 milyondan çox borcu vardı.

6. Ceyn Park lotereya qalibləri içərisində yeganə şəxsdir ki, uduşa görə şirkəti məhkəməyə verib. 4 il əvvəl 17 yaşında lotereyadan 1 milyon dollar udan Ceyn həyatının ən çətin dövrünü yaşayıb. Onun sözlərinə görə, sosial şəbəkələrdə, ictimai yerlərdə rahat gəzə və alış-veriş edə bilmir. O, hətta özünə şəxsi mühafizə belə tutub. Məhkəməyə şikayətində uduşdan əvvəlki həyatını geri istədiyini bildirib.

7. Keçmiş avtobus sürücüsü olan Piter Leveri lotereyadan 10 milyon dollar udub. Avtobus sürücüsü qazandığı pullarla çox ağıllı yatırımlar edib. O, pulunu içki biznesinə yatırıb. Hazırda o, “Cooley” zavodunun rəhbəridir. Alkoqollu içkilər istehsal edən bir neçə müəssisə açan Piter bu sahədə öz imzasını qoyub. Köhnə “Kramlin” həbsxanasını alan Piter burada 200 nəfərlik restoran açıb. Piter deyir ki, mən milyonçu olandan sonra daha çox işləıəyirəm nəinki kasıb olanda.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir