Bryus Li

Məhşurların lənətlənmiş ailə dramı

Baxış sayı: 2. 180

Heminqueylərin ailəsi

Hem babanın ailəsində yalnız bir lənət mövcud olub – “ağır formada olan depressiya”. Ernestin ədəbi karyerası zirvəni fəth etdiyi vaxt onun atası özünü güllələyir. Ernest Nobel mükafatını alır, var-dövlət əldə edir, lakin bütün bunlara rəğmən, 1961-ci ildə 62 yaşında ikən tapançadan atəş açaraq, intihar edir.

Heminqueylerin ailesi

Beş ildən sonra Ernestin depressiya və xərçəng xəstəliyindən əziyyət çəkən bacısı Ursula da intihar edir. 16 il sonra isə Ernestin yeganə qardaşı Leyçester diabet xəstəliyinə tutulduqdan və ayaqlarını itirdikdən sonra özünü güllələyir.

1996-cı ildə isə Ernestin nəvəsi gözəl Margo öz ad günündə, 35 yaşında ikən zəhərlənir. Ancaq Heminqueyin nəsli hələ tam bitməyib. Onun Müriel adlı nəvəsi, Dri Luiza və Lenqli adlı iki nəticəsi var

Brando ailəsi

İki dəfə “Oskar” sahibi olan Marlon Brandonun ailəsində xoşagəlməz hadisələr o qədər baş verir ki, kiminsə bu ailəni lənətləməsi təbii görünür. Marlonun birinci həyat yoldaşı Anna Kaşvi narkotik həvəskarı olur və bu “həvəs”ini oğlu Kristiana da ötürür.

Narkotiklə bağlı problemlərinə görə Kristian ögey basıcı Şeyenin sevgilisini güllələyir.  Bilərəkdən törətdiyi cinayətə görə Kristian onillik həbs cəzasının altı ilini çəkir. Qızını bu pisliklərdən qorumaq məqsədilə atası Şeyeni Taitiyə göndərir. Kristianın həbsdən çıxmasına bir il qalmış Şeyen intihar edir. Kristian özü isə sürətlə inkişaf edən pnevmoniyadan vəfat edir.

Brandonun üçüncü uşağı, Şeyenin qardaşı Teyxotu hal-hazırda Taiti yaxınlığındakı Tetiaroa adasının yeganə sakinidir. Marlon oranı 2064-cü ilə qədər icarəyə götürüb.

Bryus Linin ailəsi

Günlərin bir günü döyüş ustası Bryus Li baş ağrısı dərmanı qəbul edir. Onun allergiyası inkişaf edir, beləcə, əfsanə otuz iki yaşında beyin şişindən vəfat edir. Onun ən məşhur filmi “Əjdahanın çıxışı” ekranlara onun ölümündən bir ay sonra çıxır.

İyirmi il sonra onun oğlu Brendon “Qarğa” filminin çəkilişləri zamanı həlak olur. Brendonun həmin vaxt 28 yaşı vardı, o da atası kimi ölümündən sonra ulduza çevrilir…

Məşhurluğun astanasında olmaq və ölmək Bryus Li ailəsinin lənətidir. Ancaq Brendonun bacısı Şennon haqqında narahat olmağa dəyməz. Şennon o qədər istedadsız aktrisadır ki, onun nə zamansa ulduz ola biləcəyi mümkün deyil…

Qandi-Neru ailəsi

Hindistan sakinləri qəti şəkildə inanırlar ki, başqa kastaya və xüsusən də, başqa dinə qulluq edən insanla nikaha daxil olmaq olmaz, qətiyyən. İngilislərdən sonra azadlıq əldə edən Hindistan Cəvahirlal Nerunu öz baş naziri qoyur. Neru qızı İndiraya da siyasətlə məşğul olmağı məsləhət görür. İndira iranlı Feroz Qandiylə ailə həyatı qurur və bu addımı ilə əhalinin narazılığını qazanır.

Lakin bu narazılığa, dindar əhalinin lənətinə baxmayaraq, xalq “Hindistanın kiçik qızı”nı sevirdi və İndira oğlu Sancivə siyasətlə məşğul olmağı məsləhət gördüyü zaman xalq bu fikri dəstəkləyir. Ancaq… Sanciv 1980-ci ildə avtomobil qəzası zamanı həlak olur. Daha sonra İndira Qızıl Məbədə daxil olmaqla böyük səhvə yol verir, nəticədə, İndiranın şəxsi cangüdənlərindən biri onu güllələyir.

Baş nazir vəzifəsinə onun böyük oğlu Raciv keçir. Ancaq Raciv də “düzgün olmayan” qadınla, daha doğrusu, əcnəbi xanımla ailə həyatı qurur. Racivi ağ sari geyinmiş zərif qızcığaz qətlə yetirir.

Raciv Qandi – Cəvaharlalın nəvəsi, İndiranın oğlu, Hindistanın ən gənc baş naziri minlərlə həmyerlisinin gözünün qarşısında həlak olur. 1991-ci ilin 21 mayında kastanın müqəddəs qanununu pozan ailənin daha bir üzvü də vəfat edir…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir