mektebli

Məktəb çantasının ağırlığı nə qədər olmalıdır? – Valideynlər oxusun!

Baxış sayı: 1. 945

Artıq təhsil-tədris dövrü başlayıb. Deməli, il boyu uşaqların məktəb çantalarının ağır olması problemi yenidən valideynlərin dilindən düşməyəcək. Nəinki valideynlər, mütəxəssislər də bildirirlər ki, bu, onurğalarda qalıcı zədələrə səbəb ola bilir. Elə isə ortaya belə bir sual çıxır – uşağın çantasının ağırlığı nə qədər olmalıdır? “Gencaile.az”Aile.lent.az-a istinadən mütəxəssislərin bu barədə fikirləri ilə valideynləri tanış edir.

Son illər bel və boyun yırtığı ibtidai sinif şagirdləri arasında daha çox müşahidə edilir. Bunun əsas səbəbi isə məktəbli çantalarıdır. Belə ki, ağır yük qaldırmaq onurğalarda həddindən artıq stressə səbəb olur. Bu stress uşaqlarda hələ inkişaf etməkdə olan oynaq, əzələ və bağ toxumalarında gərginliyə və ağrılara gətirib çıxarır. Kiçik yaşlarda onurğada yaranan əyriliklər xroniki boyun, çiyin, kürək və bel ağrılarına, bel-boyun, kürək hissəsində əyriliyə, önə əyrilik səbəbindən bu bölgələrdən keçən damar və sinir sıxışmalarına, bel və boyun yırtıqlarına yol açır.

Bu cür problemlərin qarşısını almaq üçün mütəxəssislər bəzi tövsiyələr verir. İlk növbədə bel çantaları uşağın bədən ağırlığının 10 faizindən az olmalıdır. Çantalar beldə uzun müddət qalmamalıdır, uşaq ayaq üstə çox qalacaqsa, çanta beldən çıxarılmalıdır.

Məktəb ləvazimatları çantanın içərisinə elə qoyulmalıdır ki, ağırlıq bir yerə düşməsin. Çantanın qulpu və qayışları geniş, dəstəkli olmalı, bel dəstəyi, bel kəməri kimi hissələri olmalı, mümkündürsə, təkərli məktəb çantaları istifadə edilməlidir.

Uşaqlara dizdən əyilərək doğru ağırlıq qaldırma öyrədilməlidir. Müəllim və valideynlər bu mövzuda diqqətli davranıb uşaqlara tez-tez xəbərdarlıq etməlidirlər. Bundan başqa elektron cihazlardan istifadə də məhdudlaşdırılmalıdır. Ən vacibi isə onurğaya ağırlıq verən yükü azaltmaq məqsədilə uşağı idmana istiqamətləndirməkdir.

Valideyn uşağında hər hansı bir narahatlıq hiss etsə, mütləq həkimə müraciət etməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir