sevgi-ayriliq

“Mənə vaxt ayırmır” – Psixoloq sevgililərin ən böyük problemindən DANIŞIR

Baxış sayı: 202

“Sevgilim mənə vaxt ayırmır. Mənə qarşı diqqətli deyil. Çox görüşmürük, ya da çox yazışmırıq. Hətta əlində işi olmayanda belə, mənə yazmır”.

Yəqin ki, romantik münasibətlərdə ən çox yaşanan problem budur. İnsan düşünür ki, qarşı tərəf ona çox vaxt ayırmır. Bir çox hallarda kişilər belə düşünsə də, amma çox vaxt bu tip narazılıqları qadınlardan eşidirik.

Fuad Əsədov - İXTİSAS.AZ - İxtisas seçimi bələdçisi

Psixoloq Fuad Əsədov bildirir ki, burada iki ehtimal ola bilər:

“Birinci ehtimal budur ki, qarşı tərəf sizinlə əlaqəni kəsmək istəyir və ona görə də aranı soyudur. Bunu onla danışa bilərsiniz. Əgər belədirsə, sizə “istəyirsənsə, ayrılaq. Sən məndən daha yaxşılarına layiqsən” deyəcək. Bu zaman, onsuz da ən yaxşı qərar ayrılmaqdı”.

 

Amma ikinci bir ehtimal da var…

“İnanın mənə bu ehtimal daha çox özü doğruldur. Ehtimal budur. Siz yanlış olaraq belə hiss edirsiniz. Əgər belədirsə, siz bunu qarşı tərəflə danışanda, “hardan çıxarırsan belə şeyləri, mən səni çox sevirəm, sadəcə məşğulam” kimi sözlər deyəcək. Bu zaman artıq sizin öz hislərinizlə bağlı nəsə etməniz lazım olacaq. Bu kimi hisləri olan insanların aşağıdakı tipli düşüncələri olur.

“Özümü çox tək hiss edirəm. Həyatım sıxıcıdır. Bilirəm, o da məni əvvəlki kimi sevmir. Bir gün məni tərk edəcək. Mən çarəsiz qalacam. Onu həm sevirəm, həm də nifrət edirəm. Mənə bunları yaşatmağa haqqı yoxdur. Yüz faiz başqa qızlarla danışır”.

Diqqət etsəniz, bu düşüncələrin heç biri obyektiv olaraq doğru deyil. Onun sizə xəyanət etdiyi ilə bağlı sübutunuz yoxdur. O olmadan da, yaşaya və xoşbəxt ola bilərsiniz. Özünüzü yaxşı hiss etmək üçün nəinki ona, heç kimə ehtiyacınız yoxdur. Bir şeyi anlamalısınız. Onun həqiqətən də işi, dərsləri və digər məşğuliyyətləri ola bilər. Hətta, sizsiz və tək bir hobbisini də həyata keçirə bilər. Dostları ilə görüşmək istəyə bilər. Bütün bunlar normaldır. Biz insanıq və hər birimizin individual zövqləri var. Bir münasibət içində olmanız, fərdiliyinizi bir kənara atacağınız mənasına gəlmir. Münasibət hər iki tərəf üçün həyatı asanlaşdıran faktor olmalıdır. Ona görə də, başqasından asılı olmaq yerinə tək başına əylənməyi və xoş vaxt keçirməyi öyrənməniz daha yaxşı olmazmı?”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir