yemek

Məşhur professor koronavirusdan qorunmağın ƏN ETİBARLI SİRRİNİ açdı: “Kəllə-paça, turşu suyu və…”

Baxış sayı: 150

“Koronavirus və infeksiyalardan qorunmaq üçün ev sirkəsi, ev qatığı, ev turşusu, turşu suyu istifadə edin”. “Gencaile.az” saytı xəbər verir ki, bu sözləri Türkiyənin daxili xəstəliklər üzrə məşhur mütəxəssis və kardioloqu Canan Karatay deyib.

Professor bildirib ki, koronavirus qorxunc xəstəlik deyil: “Orqanizmimizin immun sistemini qırmasaq, xəstələnmə riskimiz yoxdur. Bütün məsələ bundadır. Koronavirus dedilər, amma qripdən fərqi yoxdur. Korona verbal infeksiyadır. Ondan qorunmaq mümkündür. Texnologiyanın inkişafına rəğmən, əsrlərdir ki, virusun qarşısını ala bilmədik. Onların hüceyrəyə daxil olmasını əngəlləmək lazımdır. Hüceyrə içəri daxil olmasa, xəstəlik də olmaz. Bunun üçün də immun sistemimizi qüvvətləndirməliyik”.

İnsanların gündəlik rasionunda çörəyə çox yer verdiyini tənqid edən Karatay un məmulatlarından uşaqların uzaq durmasının daha sağlam olacağını bildirib.

Qripə qarşı kəllə-paça yeyilməsini tövsiyə edən professor bu yeməkdə protein, balanslı yağ və vitaminlərin olduğunu qeyd edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir