77

Məşhurlar ölmədən əvvəl nə yeyiblər? – ARAŞDIRMA

Baxış sayı: 2. 241

Türk dünyasının lideri Mustafa Kamal Atatürkün ölümündən əvvəl son olaraq ənginar yeməyi yediyi deyilir.

Tarixin bilinən ən böyük vətəndaş mübarizəsini gerçəkləşdirən, barışıq simvolu olaraq bilənən Mohandas Karamçad Qandi 78 yaşında ölmədən əvvəl qaynamış tərəvəz və  portağal yeyib, bir stəkan da keçi südü içib.

“The Blues Brothers” ilə hafizələrə həkk olunan Con Belluşi 1982-ci ildə ölümündən əvvəl şəfa tapmaq niyyəti ilə mərci şorbası içib.

Afro-Amerikan hərəkatının baş müdafiəçilərindən olan, “I have a dream” sözü ilə yaddaşlarda qalan Martin Lüser King Jr. ölümündən əvvəl düyü çörəyi və toyuq yeyib.

5 dolların üzərində bizə gülümsəyən ABŞ-ın 16-cı prezidenti Abraham Linkoln 1865-ci ildə ölmədən əvvəl şabalıdla doldurulmuş ördək yeyib.

Hakimiyyətə gəldikdən 2 il sonra sui-qəsd nəticəsində öldürülən Con Kennedinin ölümündən əvvəl yediyi qızardılmış çörək, marmelad və yumurta olub.

Roma imperatorluğunun qurucusu Yuli Sezar ölmədən əvvəl qaynamış quzu yeyərək tarixdəki xidmətini bitirmişdi.

Napoleon Bonopart 1821-ci ildə son olaraq qızarmış kartof və sarımsaqlı çörək yeyib.

Adı əfsanələrin mövzusu olmuş Kleopatra ölmədən əvvəl xüms və əncir yeyib.

Hər ölkədən, hər yaşdan olan insanın mahnılarını dinlədiyi Frenk Sinatra 1998-ci ildə keçirdiyi infarktdan öncəa pendirli tost yeyib.

“The Beatles”in qurucularından olan Con Lennon son anında bifşteksli sendviç yeyib.

Gözəlliyi ilə hələ də danışılan Merlin Manro ölmədən əvvəl göbələk və küftə yeyib.

Şahzadə Diana 1997-ci ildə keçirdiyi qəza öncəsi qayğanaq və balıq yeyib.

Popun kralı adlanan Maykl Ceksonun ölümündən əvvəl yediyi yemək qızarmış toyuq filesi və salat olub.

Rock`n Roll musiqi dünyasında yeni səhifə açan Elvis Presli 1978-ci ildə ölmədən əvvəl  peçenye və dondurma yeyib.

Oynadığı ilk baş rolla “Oscar” mükafatı qazanan tanınmış aktyorlardan olan qızların sevimlisi Ceyms Dion 24 yaşında ölmədən əvvəl almalı keks və süd istəyib.

“Spun” və “Sin City”dəki rolları ilə tanınan, ancaq gənc yaşda ölən Britanny Mörfinin son istədiyi Tayland yeməyi idi.

Acın halından anlamayan qadın adlandırılan, “Çörək tapmırlarsa, tort yesinlər” kəlməsi ilə Fransada tanınan Marie Antoinette ölümündən əvvəl toyuq şorbası içib.

Amerikan ədəbiyyatında xüsusi yer alan Ernest Heminqvey 1962-ci ildə ölümündən əvvəl Sezar salatı, bifşteks və sobada bişirilmiş kartof yeyib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir