moda

Məşhurlardan gələn 5 dəb trendi

Baxış sayı: 2. 405

Elə məşhurlar var ki, dəb aləminə öz imzalarını atıblar. Müəyyən dövrlərdə onlar nə geyiniblərsə kiçik bir parça da olsa məhz onlardan sonra heç dəbdən çıxmayıb, trend olmağını qoruyub-saxlayıb. Bəzilərimiz yəqin ki, tez-tez məşhurları izləyir, onların tərzlərindən öz tərzimizə nələrsə qatırıq. Bu dəfə məhz dəb aləminə öz imzalarını atmaqla bizim də tərzimizdə müəyyən payları olan məşhurlardan və onların dəbə bəxş etdikləri 5 trenddən yazırıq.

Sarah Jessica Parker və onun ayaqqabı sevgisi

Məşhur aktrisa təkidlə inanır ki, mükəmməl obraz yaratmağın uğurlu yolu düzgün ayaqqabı seçimindən başlayır. Və o, minlərlə qadını da bunun düzgün fikir olduğuna inandırıb. Xanım Parker ayaqqabılara olan böyük sevgisini “Sex and the City” serialının baş qəhrəmanı Carrie obrazında da gizlədə bilmir.

Məsələn, onun kolleksiyasında sadəcə Manolo Blahnik-in kolleksiyasında 100 cütdən çox ayaqqabı var. Bundan əlavə isə Christian Louboutin, Alexander McQueen, Viktor & Rolf, Maison Margiela, Nicholas Kirkwood kimi və bir çox başqa bir çox tanınmış brendlərdən də ayaqqabılar var. Sarah-nı hündürdabanlı və ayaq biləyindən sarılaraq bağlanan incə bağlı ayaqqabılar dəli edir. Aktrisanın ayaqqabı mədəniyyəti ona Carrie obrazının tərzində ayaqqabı və sandallardan ibarət SJP adlı brendi yaratmağa imkan verib.

Alexa Chung və yaxalıqlar

“Claudine” dairəvi yaxalıq 19-cu əsrdə “Peter Pan” adı ilə məşhur idi, amma 20-ci əsrin əvvəlində məşhurluğun zirvəsində oldu. Yarım əsrdən sonra yaxalıqlar yenə dəb aləmində aktual olmağa başladı.

Bu dəfə isə onları məşhur britaniyalı Tv aparıcı və tərz ikonu Alexa Chung-ın istifadəsilə məşhurlaşdı. Bugün “claudine” ağ rəngli pambıq yaxalığı kaşmir sviter və ya qısa qara paltarlar mükəmməl şəkildə “dostlaşdırmaq” olar.

Olsen bacıları və şıq boho

“Şıq boho” “nyu-hippi”, “varlı qızlar kasıb obrazında” – bütün bunlar boho tərzini tamamlayır. Bu tərz 17-ci əsrdə Çexiyanın Bohemia əyalətindən dəb dünyasına keçid edib. Başlanğıcda musiqiçilər, şairlər, aktyorlar və qaraçılar arasında geniş yayılmağa başladı. Bu tərzdə müxtəlif formalı, köhnə və yeni parçalar miks edilir, bir-birinə uyğunsuz çoxlu sayda aksessuarlar obrazı tamamlayır.

Boho tərzi onu sevənlər üçün öz unikal yolunu yaratmağa yaradıcı azadlıq verir, ciddi qaydaları yoxdur, bu tərz fərdiliyi vurğulamaq üçün ən yaxşı yoldur. Müasir dövrdə Olsen bacıları boho tərzin şəhzadələridir desək, yanılmarıq. Tərzin əsas qolları olan  “nyu-hippi”, vintaj və qaraçı obrazlarından Olsen bacıları məhz öz tərzləri üçün sonuncunu seçiblər. Böyük çantalar, bütün havalara görə parlaq eynəklər, boş kardiqanlar, etnik motivli sarafanlar, xəz gödəkçələr və kovboy çəkmələri, müxtəlif şlyapalar və uzun pambıq etəklər Olsen bacılarının qarderoblarının əsasını təşkil edir.

Madonna və krujevalı əlcəklər

Madonna “Desperately Seeking Susan” adlı ilk film sınağından sonra 80-ci illərin şıq “underground” tərzinin uğurlu daşıyıcısı kimi məşhurlaşdı. Onun xarakterini tamamlayan bir nəsil yetişməyə başladı. Dəb aləminə Madonnanın canladırdığı qəhrəmanın tərzini yansıdan cinslər, krujevalı əlcəklər və katolik xaçlar daxil oldu. Krujevalı əlcəklər isə tam bir “boom” yaratdı.

Məşhur müğənnini bugünə qədər əlcəklərsiz təsəvvür etmək mümkün deyil. Bu aksessuar unikaldır: eyni zamanda həm xanım-xatınlığı, həm cəsarəti, həm də cəlbediciliyi vurğulaya bilir.

Kate Moss və bəbir printli palto

Bu yırtıcı nüans həmişə cəsur və özünə güvənən qadınlar üçün əvəzedilməz seçim olub. Bəbir printli paltoları ilk dəfə 1920-ci ildə dəb aləmində uğurla daşıyan məşhur amerikalı aktrisa Marian Nixon olub. Daha sonra isə heyvan printlərin xüsusi pərəstişkarları arasında Marilyn Monroe, Brigitte Bardot, Sophia Loren kimi aktrisalar da var idi. Yarım əsr keçdikdən sonra 90-ların məşhur supermodeli Kate Moss bəbir printli paltoları yenidən dəb dünyasında gətirdi.

Kate bəbir printli paltoları o qədər sevir ki, elə görünür ki, sanki bütün il boyu onları geyinir. O, dəb aləminə uzun və qısa bəbir printli paltoları təqdim edib. (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir