METBEX

Mətbəx dizaynları haqqında maraqlı detallar

Baxış sayı: 200

Əziz oxuyucularımız, xüsusilə də evlənməyə və ya yeni ev almağa hazırlaşanlar, bu yazımızda sizə modern mətbəx dizaynı nümunələrindən bəhs edəcəyik. Bu dizaynları seçərkən evinizin ölçüsü elə də əhəmiyyətli deyil. Bu dizaynları həm balaca, həm də böyük evlərdə istifadə edə bilərsiniz.

Əgər eviniz balacadırsa, siz isə mətbəxinizdə daha geniş sahənin olmağını istəyirsinizsə, bunun üçün son illərin modası olan amerikan tərzi mətbəx forması ideal seçim ola bilər. Bu mətbəx modellərində mətbəx və oturmaq üçün sahə bir yerdə olur.

Amerikan tərzi mətbəxinə oxşarlığı ilə bilinən digər bir mətbəx növü isə ada mətbəx növüdür. Əgər eviniz genişdirsə, ölçüləri bu mətbəx növünə uyğundursa, rahatlıqla ada mətbəx növündən istifadə edə bilərsiniz.

Daha geniş istifadə olunan bir başqa mətbəx növü klassik növdür. Bu növdə mətbəx 4 divar arasında evin digər otaqlarından ayrılır. İndi isə sizə hər bir növ haqqında bəzi detalları açıqlayaq.

Amerikan tərzi mətbəx 

Əgər mətbəx və oturmaq sahəsi balacadırsa, onların dizaynını bir bütün kimi görünəcək şəkildə etməlisiniz. Hər iki sahəni eyni rəngdə – açıq tonlarda boyamağınız daha geniş və rahat olmasına şərait yaradacaqdır. Oturmaq hissəsində olan uzun divanın üzünü mətbəxə tərəf çevirməyiniz idman üslubunda və daha göstərişli bir mühit yaradacaqdır.

Həm üzərində nəsə hazırlamaq, həm də yeməyinizi yemək üçün istifadə edəcəyiniz dəzgahları mətbəxinizə qoymaqla daha çox boş yer yaratmış olar və salonla mətbəxin ayrılmasına nail olarsınız.

Ada mətbəx növü

Bu növdə olan mətbəxlər Amerikan tərzi mətbəxə çox bənzəyir. Bu tip mətbəxlərdə dəzgahlar U formasında olur. Belə olduğu üçün ortada boş yer çox olur. Bu mətbəx növündə şkaflar çox olduğu üçün əşyalarınızı rahatlıqla yerləşdirə bilərsiniz.

Klassik mətbəx növü

Bu növ də bir çox insanın istifadə etdiyi mətbəx növlərindəndir. Bu tərzdə mətbəx istəyirsinizsə, mətbəxinizin uzunluğu və genişliyinə görə L tipi dəzgahlar və buna uyğun da şkaflar seçməlisiniz. Əgər mətbəxiniz balaca və dardırsa, relsli şkaflar seçməklə daha çox yer qazana bilərsiniz.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir