razyana

Mətbəximizin ətirli şahzadələri – Novruz dadları

Baxış sayı: 337

Ədviyyatların qoxuları özümüzü, adətən, nağıllarda hiss etməyimizə səbəb olur. Zəfəran, hil, darçın, mixək, cirə, razyana… Novruz ərəfəsində bu ədviyyatların sehirli, insanı bihuş edən ətirləri, demək olar ki, hər bir evə “qonaq” gəlir. Əslində şirniyyatlarda, yeməklərdə sevə-sevə istifadə etdiyimiz bu ədviyyatlar bir tərəfdən də çox faydalıdır. Biz sizə bayram ərəfəsində istifadə etdiyiniz ədviyyatların faydalarından və başqa istifadə üsullarından bəhs edirik.

 

Cənnət giləmeyvəsi – hil

Hilin xoş ətri o qədər mürəkkəbdir ki, bu ətrin yalnız bir ədviyyata aid olduğu bilinmir. Onun tərkibində kalsium, fosfor, dəmir, maqnezium, sink, B1, B2, B3 vitaminləri var. O əsəbləri sakitləşdirir, gərginliyi və depressiyanı aradan qaldırır, beyin hüceyrələrinin fəaliyyətini gücləndirir. Eyni zamanda o fiziki yorğunluğu da aradan qaldırır, darçın, zəfəran və yemişanla bərabər dəmləndikdə isə ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır. Hil kompot, kisel, südlü sıyıq, tort, peçenye, keks, pirojna kimi məmulatlara xüsusi dad verir. Şəkərbura və paxlavaya xüsusi dad qatmaq üçün döyülmüş hildən istifadə etmək qədimdən gələn adətdir. Çində, Hindistanda hili çay, ərəb ölkələrində isə kofeyə əlavə edirlər. Ərəblər hesab edirlər ki, hil kofenin tərkibindəki neqativ kofeinin təsirini azaldır, ona yeni dad bəxş edir.

 

Mixək – qərənfil

Mixək A, B1, B2, PP, C vitaminləri və minerallarla zəngindir. Buna görə də, ondan ishal, həzm problemlərində, müxtəlif yırtıqlarda, bağırsaq qurdu və göbələk xəstəliklərindən istifadə etmək olar. Eyni zamanda, Hindistan həkimləri qərənfildən stimullaşdırıcı vasitə kimi istifadə edirlər. Kəskin dada malik olan mixək giləmeyvə, tərəvəz və göbələk marinadlarının hazırlanmasında, o cümlədən piroqların xəmirində geniş istifadə edilir. Darçın, hil və hindqozu ilə dost olan mixək pudinq, kompot, pirojna və şirədə bişirilmiş meyvələrə xüsusi dad verir. Mixəyin təzəliyini yoxlamaq üçün bir neçə qönçəsiniz suya salmaq lazımdır. Mixək suda şaquli vəziyyət alarsa təzə, üfiqi vəziyyətdə olarsa köhnədir.

 

Qədimdən gələn dad – razyana

Razyananı kulinariyaya ingilislər gətiriblər. O, həzmi yaxşılaşdırır, köpmənin qarşısını alır, şirin yuxu gətirir, baş fırlanmasını, ürək bulanmasını aradan qaldırır. Bu ədviyyatda ana südünü artırmaq qabiliyyəti də var. Səsiniz xırıldayırsa 0.5 stəkan razyana toxumunu 1 stəkan suda qaynadıb soyudun, 2 x.q. bal qatıb yenidən qaynadın, sonra içinə 1 x.q. konyak qatıq və hər 30 dəqiqədən bir için. Evdə hazırladığınız maskalara döyülmüş razyana toxumları əlavə edə bilərsiniz, cildinizi təravətləndirəcək və canlandıracaq. Povidla, cem və zəncəfilli qoğaların hazırlanmasında razyanadan istifadə etmək olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir