a50a44d36539906b3259754cfc5e0462

Məhşur brend Bakıda üç filialını açdı

Baxış sayı: 1. 527

Avropanın məşhur brendlərindən biri olan SPAR Bakıda bir həftə ərzində üç yerdə yeni filiallarının açılışını etdi. Avropa, Asiya, Amerika və Afrikada müştərilərinin rəğbətini qazanan SPAR supermarketlər şəbəkəsi 2015-ci ildə Araz Supermarket MMC-nin rəsmi tərəfdaşlığı ilə Bakıda ilk supermarketini açmışdı. Dekabr ayında bir yaşını qeyd edən SPAR Azərbaycan növbəti dəfə üç yeni ünvanda – Ceyhun Hacıbəyli küçəsində, Bakıxanov qəsəbəsində və M.F.Axundov parkının yanında filiallarının təntənəli şəkildə açılışını etdi. Açılışda SPAR İnternational-ın və rəsmi tərəfdaş ARAZ Supermarket MMC-nin rəhbərliyi ilə yanaşı media nümayəndələri və paytaxt sakinləri də iştirak edib.

SPAR supermarketləri müştəri məmnuniyyətinə önəm verərək istehlakçılarına daima təzə və keyfiyyətli məhsullar təqdim edir. Tamam fərqli xidməti ilə  seçilən SPAR supermarketlər şəbəkəsi müştəri və personal arasında ailə mühiti yaratmağa çalışır. Burada müştərilərə yerli və beynəlxalq şirkətlərin məhsulları ilə yanaşı SPAR-ın 12 katiqoriyada 300-dən çox öz istehsalı olan yüksək keyfiyyətli məhsulları da təqdim edilir. Bu məhsullar ökəmizə Araz Supermarket MMC tərəfindən idxal olunur və yanlız SPAR marketlərdə satılır.

SPAR İnternational-ın dünyadakı digər filiallarında olduğu kimi SPAR Azərbaycanda da gündəlik tələbat malları ilə yanaşı, geniş çeşidli təzə meyvə və tərəvəz bölməsi, məişət avadanlıqları, mətbəx ləvazimatları və digər məhsullar da satılır. “SPAR culinary” bölməsində siz müxtəlif şirniyyatlar, dadlı dönər, təndir çörəyi, isti yeməklər, salatlar, pizza və digər qida məhsulları əldə edə bilərsiniz. Vaxta və sağlamlığa önəm verən insanlar üçün, SPAR həm qəlyanaltı, həm də nahar üçün ləzzətli, təzə yeməklər təqdim edir. Siz istədiyiniz vaxt SPAR supermarketə gələrək təzə un məmulatlarının, salatlar və ana yeməklərin dadına baxa bilərsiniz.

Məlumat üçün bildirək ki, SPAR 1932-ci ildə Hollandiyada Adrian Van Vell tərəfindən təsis edilib və 1947-ci ildən şirkət təkcə Hollandiyada yox digər Avropa ölkələrində də öz filiallarını açmağa başlayıb. Hazırda SPAR 4 qitə, 42 ölkədə 12300-dən artıq mağazada 200 min əməkdaşla 14 mln. müştəriyə xidmət göstərir. SPAR-ın 2015-ci ilə olan illik dövriyyəsi dünya üzrə 33 mlrd. avro təşkil edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir