burcler

Mənəvi cəhətdən ən güclü və ən zəif bürclər hansılardır?

Baxış sayı: 250

Qəribədir, amma bəzi bürclər özünəinamı, cəsarəti ilə digər zodiak işarələrindən qətiyyətlə seçilir.

“Gencaile.az” Publika.az-a istinadən bu dəfə oxucuları ən güclü zodiak işarələri ilə tanış edir. Əlbəttə ki, söhbət fiziki deyil, mənəvi gücdən gedir.

 

Hava ünsürü

Dolça

Hava ünsürünün ən güclü bürcü Dolçadır. Xəyalpərəstliyə meylli olmasına və yüksək ideallara can atmasına baxmayaraq, bu zodiak işarəsi həyatda istənilən çətinliklərə tab gətirməyə qadirdir.

Tərəzi

Mənəvi gücünə görə ikinci yerdə Tərəzilər gəlir. Bu bürcün nümayəndələri əslində, göründüyü kimi zəif deyil, amma onların işlərini sona qədər çatdırmamaq kimi pis vərdişləri var. Onlar həvəs və arzularından, eyni zamanda məqsədlərindən çox tez vaz keçirlər.

Əkizlər

Hava ünsürünün ən zəif bürcü Əkizlərdir. Bu bürcün nümayəndələri fikrini bir işdə cəmləşdirə bilmədiyi üçün tez-tez kənar dəstəyə ehtiyac duyur. Əkizlər problemlə üzləşəndə dərhal təşvişə düşür və digər insanlardan yardım istəyirlər.

Od ünsürü

Oxatan

Od ünsürünün ən güclü nümayəndəsi Oxatandır. Bu zodiak işarələrinin nümayəndələri heç vaxt ruhdan düşmür və istənilən şəraitdə xoş əhval-ruhiyyəni qorumağa çalışırlar. Onlar emosiyalarını nəzarətdə saxlamağı bacarır, təxribatlara uymur və həmişə öz fikirləri ilə hərəkət edirlər. Onların gücü nikbinlik və geniş düşüncəli olmalarındadır.

Şir

İkinci yerdə Şir bürcləri gəlir. İlk baxışda bu bürcün nümayəndələri güclü və əzmkar görünür. Amma onların əksəriyyəti ətraf mühitin fikrindən asılı vəziyyətdədir. Şirlərin daim tərifə və dəstəklənməyə ehtiyacı var. Əgər bu olmasa, onlar özlərini asa bilər.

Qoç  

Od ünsürünün ən zəif nümayəndəsi Qoç bürcüdür. Onlar çox aktiv, işgüzar olmasına baxmayaraq, həm də çox həssasdır. Bu zodiak işarəsi emosiyalarına nəzarət edə bilmir, onların qəlbini yaralamaq çox asandır. Həssaslıq Qoçları bəzən ağılsız hərəkət etməyə sövq edir və bu da onları müşkül vəziyyətı salır.

Torpaq ünsürü

Oğlaq

Oğlaqlar torpaq ünsürünün ən güclü nümayəndəsidir. O, israrlı, qətiyyətli və özünəinamlıdır. Bu bürcün xətrinə dəymək çətindir. Hətta hər şey pis olsa belə, o, kiçik və ləng addımlarla hədəfə doğru gedəcək. Onları fikrindən daşındırmaq mümkün deyil.

Qız

Torpaq ünsürünün başqa bir nümayəndəsi – Qız bürcü mənəvi gücünə görə ikinci yerdədir. Onlar adətən güclü insan təsiri bağışlayır, lakin bəzən dünyanı olduğu kimi qəbul edə bilmir və bu zaman hər şeyi öz axarına buraxır…

Buğa

Buğa bürcü torpaq ünsürünün ən zəif nümayəndəsidir. Bu bürclər dəyişiklikləri sevmirlər. Onlar bütün həyatını rahat və xoşbəxt yaşamaq istəyir, planları alt-üst olduqda isə özlərini müdafiəsiz hiss edirlər.

Su ünsürü

Balıq

Su ünsürünün ən güclü nümayəndəsi Balıq bürcüdür. Bundan əlavə, onlar nəinki su ünsürü, həm də digər bürclər arasında mənəvi cəhətdən ən güclü zoidak işarəsidir. Bu, bir qədər qəribə görünə bilər. Axı, Balıqlar adətən real aləmdən çox uzaqlarda, xəyallar dünyasında yaşamağa üstünlük verir. Əslində, onların gücü elə bundadır. Fədakar Balıqlar bütün çətinliklərə uzun müddət dözə və ümidini itirmədən hər şeyin düzələcəyini gözləyə bilərlər. Bu cür düşünmək Balıqlara öz xoşbəxtliyi uğrunda sona qədər mübarizə aparmaqda kömək edir.

Əqrəb

Əqrəb bürcləri Balıqlar kimi olmasa da, mənəvi gücünə görə onlardan sonra ikinci yerdə gəlir. Onun zəifliyi ondadır ki, o, uzun müddət bütün emosiyalarını hamıdan məharətlə gizlədə bilər. Lakin ürəyində saxladığı problemlər onları daxildən yeyib-bitirəcək, dolayısı ilə onları daha zəif və gücsüz edəcək.

Xərçəng

Öz ünsürünə görə, Xərçənglər ən həssas bürcdür. Bu zodiak işarəsi çox tez özlərinə qapılır. Onlar daim mənəvi dəstəyə və yardıma ehtiyac duyur. Əgər onların yanında heç kim olmasa, Xərçənglər bunu uğursuzluq əlaməti kimi qəbul edəcək və depressiyaya düşəcəklər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir