masin

Məşhur avtomobil loqoları hansı mənaları ifadə edir?

Baxış sayı: 1. 966

Hər birimizin sevdiyi avtomobil modelləri var. Bəs sevdiyimiz avtomobil modellərində olan emblemlərin mənasını bilirikmi? Elə isə ən məşhur avtomobillərdə olan emblemlərin mənasını təqdim edirik.

Audi

“Audi” emblemində olan 4 halqa avtomobil birliyi üçün ittifaq quran 4 firma mənasındadır. Şirkətə “Audi” adı isə firmanın rəhbərlərindən olan mühəndis August Horch tərəfindən verilib.

BMW

BMW-nin emblemindəki mavi və ağ rənglərin mənasının məşhur Bavariyadan gəldiyi bildirilir. Bavariyada yerləşən şirkət 1929-cu ildən təyyarə və motor istehsalı ilə məşğul olan BMW emblemdəki dairəyə uyğun təkərlər üçün fırlanan pərvanə fiquru yaradır. Daha sonra araba istehsalına başlayan BMW şirkəti istehsal etdiyi avtomobillərində də eyni emblemdən istifadə etdi.

Chrysler

Şirkətin yaradıcısı və sahibi Walter Chrysler-in istəyi ilə 1998-ci ildən sonra istehsal olunan Chrysler-in emlemindəki halqalar təkərləri, şimşək isə sürət mənasını verir.

Alfa Romeo

Alfa Romeo embleminin dizaynının yaradılması İtaliyanın Milan şəhəri və ölkənin nüfuzlu ailəsi olan Viconti ilə bağlıdır. Qırmızı xaç əsilzadəliyi, ağ yer xalqı və kəndlilər mənasını verir. Tac geymiş gürzə ilanı isə əsilzadə Viscoti ailəsinin gerbindən götürülüb.

Ferrari

İtaliyada qraf ailəsinin 1923-cü ildə firma rəhbəri Enzo Ferrariyə hədiyyə etdiyi at heykəli Ferrari şirkətinin sonralar embleminə çevrildi. Emblemdə olan sarı və qırmızı rənglər qonşu şəhər olan Modenanın və yarışa olan sevginin təzahürüdür.

Ford

Bu ad şirkət qurucusu Henry Forddan götürülüb. Mavi tablo üzərində gözəl dizaynlı hərflə yazılan “Ford”un nostalji keçmişi var. 1903-cü ildən bu yana istifadə olunan Ford emblemində bir müddət Köln kilsəsinin siluetindən də istifadə olunub

Mercedes-Benz

Daimler Chrysler ilə müştərək çalışaraq avtomobil istehsal edən Carl Benz avtomobilə ad tapa bilməyincə bircə qızı olan Mercedes Benzin adını bu avtomobilə verir. Mercedes emblemində olan 3 ayaqlı ulduz isə “Mercedes-Benz”in quruda, suda və havada gücünü ifadə edir.

Nissan

Dairənin içərisinə yazılmış “Nissan” adı qlobal güc və dünya səviyyəsində məşhurluq mənasını verir.

Opel

Adam Opelin qurduğu firma ilk əvvələr tikiş maşını istehsal edirmiş. 1899-cu ildən avtomobil istehsal edən şirkətin emblemində təkər və içində şimşək təsvir olunur ki, təkər etibarlılığı, şimşək isə sürət mənasını verir.

Volkswagen

“Vw” emblemi Porsche mühəndisi Franz Xaver tərəfindən təklif olunub. 1948-ci ildən avtomobillərdə istifadə olunan bu emblemin mənası Almaniyanın Wolfsburg şəhərini təmsil etdiyi mənasını verir.

Porsche

Porsche emblemindəki qara at Almanyanın Ştutqart şəhərinin gerbindən götürülüb. Maral buynuzu ilə qırmızı-qara rənglər isə Almaniyanın Württemberg bölgəsinin gerbidir.

Peugeot

İlk əvvəllər mişar və mişar məhsulları istehsal edən Peugeot məhsullarını “Aslan kimi güclü” lozunqu ilə satırdı. Daha sonra avtomobil istehsal edərəkən aslanı öz emblemləri olaraq qəbul etdilər.

Mitsubishi

Üçdənəli paxlava şəkli samuray emblemindən ilhamlanıb. Mitsubishi şirkətini yaradan iki yapon ailəsinin istehsal etdikləri avtomobildəki emblem məsuliyyət şüurunu, centmenliyi və cəmiyyətlər arasında uyğunlaşma mənasını verir.

Subaru

Subarunun emblemində olan ulduzlar 6 yapon avtomobil istehsalçısının birləşərək bir avtomobil istehsal etdikləri mənasını verir.

Volvo

Volvo avtomobillərini İsveç poladını simvollaşdıran dairə və ox bəzəyir. Bu emblemin poladdan olması Volvo modellərininin möhkəm olması mənasını verir.

Toyota

Yapon şirkətinin qurucusu olan Kirchiro Toyoda 1937-ci ildə 3 ellips formalı güclü marka emblemini meydana gətirdi. Emblemdə olan ellipslər avtomobil ilə müştərisi arasındakı komanda ruhunu və müasirliyi təmsil edir.

İnterazv.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir