Artur Şopenhauer

Məşhur filosofdan xoşbəxtliyin 8 açarı

Baxış sayı: 567

Fəlsəfə tarixində pessimist alim kimi tanınan alman filosofu Artur Şopenhauerin ölümündən sonra şəxsi əşyaları arasında “Xoşbəxt olmaq sənəti” adlı əlyazması aşkar edilib. Maraqlıdır ki, Şopenhauerin həyatı boyu müdafiə etdiyi bütün bədbin fikirlərə baxmayaraq, o, əzablardan qaçmağa kömək edə biləcək bir sıra qaydalar işləyib hazırlayıb.

Alman filosofu Artur Şopenhauer hesab edirdi ki, xoşbəxtlik tamamilə subyektiv hissdir, illüziyadır.

“Gencaile.az” saytı “Publika.az”-a istinadən oxucuları məşhur filosofun xoşbəxtlik qaydaları ilə tanış edir.

 

1. Şopenhauerin birinci qaydası: müqayisə etməyin!

Birinci qaydada deyilir ki, özünü başqaları ilə müqayisə etmək vərdişini aradan qaldırmaq lazımdır, bu, paxıllıq hissinə səbəb olur. Şopenhauerə görə, paxıllıq insandan sevinc və xoşbəxtliyi oğurlayan mənfi hissdir.

Paxıllıq bizi xoşbəxtlikdən əks istiqamətə – kədərə aparır. Başqaları ilə müqayisə aparanda özümüzdən şübhələnməyə başlayırıq ki, bu da vəziyyəti gərginləşdirir. Bu əzabın qarşısını almaq üçün Şopenhauer qəti şəkildə müqayisə etməməyi tövsiyə edirdi. Hər bir insan fərdidir, bu, onun gözəlliyi və əzəmətidir. Hər kəsin öz vəziyyəti və öz imkanları var. Odur ki, həyatımızı bu imkanlar üzərində qurmalıyıq, başqalarının hansı nailiyyətlər əldə etdiyi üzərində deyil.

2. Uğursuzluqlar sizi ruhdan salmasın!

Şopenhauerin başqa bir xoşbəxtlik qaydası bizə səhv qərarlarımızın səbəb olduğu uğursuzluğu ürəyimizə çox yaxın qəbul etməməyi öyrədir. Alman filosofu həmişə mümkün olan hər şeyi etməyə və hadisələrin bundan sonra necə inkişaf edəcəyindən narahat olmamağa çağırır. Əlinizdən gələni etmisinizsə, pis nəticəyə görə əsəbləşməyin mənası yoxdur: başınızın üstündən tullana bilməzsiniz.

3. Ürəyinizin səsinə güvənin

Şopenhauer yazırdı ki, bütün insanlar fərqlidir. Kimsə daha yaradıcıdır, kimsə daha praqmatikdir. Bu o deməkdir ki, bəziləri əmələ, bəziləri isə təfəkkürə daha çox meyllidir.

Bir sözlə, xoşbəxtliyin üçüncü qaydası bizə ürəyimizə güvənməyi, ruh nəyi əmr etsə, onu etməyi öyrədir. Ancaq özünüz olmaq üçün ilk növbədə özünüzü tanımalısınız.

4. Heç kimdən asılı olmayın

Xoşbəxtliyin dördüncü qaydası bizə həyatda yalnız özümüzə güvənməyi öyrədir. Beləliklə, məyusluq bizdən yan keçir, digər insanların davranışları sarsıdıcı təsir göstərməyəcək. Biz başqalarının və digər insanların qərarlarına nəzarət edə bilmərik, lakin buna reaksiyalarımız tamamilə özümüzdən asılıdır.

Başqalarının əhvalınıza təsir etməsinə imkan verməyin. Xoşbəxt olmağa və həyatdan həzz almağa yalnız özünüz qərar verirsiniz, ya da kiminsə gümüş sinidə sevinc gətirməsini gözləyə bilərsiniz…

5. İstəklərinizi çox qiymətləndirməyin

Hər istəyimiz yerinə yetirilə bilməz, ona görə də onlarla çox da məşğul olmayın. Hər şeyin istədiyimiz kimi olmayacağını qəbul etmək əzab və məyusluqdan qaçmağa kömək edir. Bir şey alınmırsa, sizdə yaratdığı dəyişikliklərə baxın, bəlkə də bu, sizin deyilmiş.

Vəziyyəti hərtərəfli qiymətləndirin ki, enerjinizi qeyri-real məqsədlər uğrunda boşuna xərcləməli olmayasınız və onlara yaxınlaşa bilməyəndə üzülməyəsiniz. Bu o demək deyil ki, xəyallar qurmamalısınız. Bu o deməkdir ki, havada qala tikmək olmaz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir