pul

Məşhur milyarderlər pula necə qənaət edirlər?

Baxış sayı: 1. 343
Bir çox milyarder pul qazanmaq üçün fərqli üsullara müraciət edib və ya fərqli sektorlardan pul qazanıb. Lakin çoxunun ortaq nöqtəsi var: pul yığmaq.

Dünyaca məşhur milyarderlərin pul yığma tövsiyələrini təqdim edirik:

Maykl Blumberq

Sizin üçün ən uyğun olan tövsiyə Nyu-Yorkun bələdiyyə sədri və “Bloomberg” şirkətinin sahibinin tövsiyəsidir. Bloombergin 10 ildir iki ayaqqabısı var. Hər iki ayaqqabı qaradır və Bloomberg üçün kifayət qədər rahatdır. Heç vaxt geyinməyəcəyi ayaqqabılar üçün sərvət xərcləməkdənsə pulunu daha əhəmiyyətli şeylərə xərcləməyi seçir.

Warren Buffett

2008-ci ildə Forbes tərəfindən dünyanın ən varlı insanı seçilən Baffet hələ də 1958-ci ildə aldığı 31,500$-lıq evində yaşayır. Pulunun çox olması onun daha lüks ev almasını zəruri etmir.

Karlos Slim

carlos slim haqqında

2007-ci ildə Forbes tərəfindən dünyanın ən zəngin insanı seçilən meksikalı iş adamı Karlos Slim “İşiniz nə olursa olsun pul yığmağa başlayın. Pul yığmağa nə qədər erkən başlasanız, pulunuza nəzarət etməyi o qədər tez öyrənəcəksiniz” deyir.

Con Koduell

Lüks avtomobilləri seçməyən digər milyarder isə ingilis iş adamı Con Koduelldir. A nöqtəsindən B nöqtəsinə getmək üçün avtomobilə ehtiyac duymayan məşhur iş adamı velosiped və ictimai nəqliyyata üstünlük verir.

Mark Zuckerberg

Mark Zukerberq

Facebookun yaradıcısı Zükerberq hələ də 30.000 $-lıq “Sedan” avtomobilini istifadə edir.

Bun Pikens

Siz də alış-veriş edərkən özünü itirənlərdənsiniz? Onda evdən çıxanda siyahı hazırlayın və özünüzlə lazım olan qədər pul götürün. BP-nin Maliyyə direktoru Pikens pul qabında sadəcə ehtiyacı olan qədər pul gəzdirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir