meshurlar

Məşhurların ən qısaömürlü nikahları

Baxış sayı: 1. 494

Dünya ulduzları tez-tez sevgili dəyişir, nikah masasına oturur və boşanırlar. Məşhurların həyatındakı bu kimi hallar isə həmişə sadə vətəndaşların diqqətini çəkir. Bunu nəzərə alaraq, dünya şou-biznesinin tanınmış nümayəndələrinin qısaömürlü evliliklərinin siyahısını təqdim edirik.

 

Bredli Kuper və Cennifer Espozito

Bredli Kuperin sevgililəri sırasında Ren Zellveqerin, Syuki Uoterhaus cə irina Şeykin adı yer alır. Ancaq aktyor yalnız bir qadınla nikah masasına oturub. O, 2006-cı ildə aktrisa və rəqqasə Cennifer Espozito ilə evlənib. 4 aydan sonra isə onlar boşanıb.

Cennifer Lopes və Kris Cadd

Müğənninin ofisiant Ohani Noa ilə evliliyi cəmi 1 il çəkib. 2001-ci ildə isə ifaçı Kris Cadda ilə nikah masasına oturub. Üstündən bir neçə ay keçəndən sonra Cennifer ondan da boşanıb. Hətta Lopes Krisə 15 milyon dollar ödəməli olub.

Britni Spirs və Ceyson Aleksand

Ərə getmək məsələsində müğənni Britni Spirs rekord qırıb. 2004-cü ildə ifaçı Las-Veqasda dostu Ceyson Aleksandra ərə gedib. Mərasimdən 55 saat sonra fikrini dəyişən Britni boşanıb.

Karmen Elektra və Dennis Rodman

1998-ci ildə Karmen Elektra basketbolçu Dennis Rodmana ərə gedib. 9 gündən sonra cütlük boşanma qərarı verib.

Eddi Merfi və Treys Edmonds

2008-ci ildə cütlüyün toyu olub. Eddi və Treysin evliliyi 2 həftə davam edib. Yanvarın 16-da sevgililər boşanıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir