meshur

Məşhurların ağlasığmaz EŞQ MACƏRALARI

Baxış sayı: 1. 655

Yaradıcılıqlarına sonsuz məhəbbət bəsləyib, əsərlərini sevərək, bəzən hətta, təkrar-təkrar oxuduğumuz yazıçıların şəxsi həyatları ilə heç maraqlanmısınız? Bəs bu ədəbiyyat dühalarının qadınlarına çəkdirdikləri mənəvi və fiziki şiddətdən xəbərdarsınız?

O zaman Ekzüperi, Kafka və Heminqueyin qalmaqallı şəxsi həyatı haqda təqdim etdiyi maraqlı faktları oxuyun.

 

Antuan de Sent Ekzüperi

Keçmiş arvadını aldadıb geri qaytardı və yenidən atdı

Ekzüperiyə görə Argentinanın ali zümrəsi ilə dostluqdan, yüksək məbləğdə təqaüddən imtina edən salvadorlu jurnalist Konsuelo Sunsin verdiyi qurbanların əvəzində quru təşəkkür də almadı. Əksinə dahi yazıçı ilə keçirdiyi hər günü cəhənnəm əzabına bərabər oldu.

Cütlüyün ilk nikah mərasimi Buenos-Ayresdə baş tutur. Antuan sənədə imza atmaq əvəzinə, “bilirsən, əzizim, mən doğmalarımdan uzaqda evlənə bilmərəm”, – deyir. Bu qaynar latın amerikalı qıza görə əsl faciə idi. Çünki onlar həmin dövr üçün əxlaqi dəyərləri tapdayıb artıq birgə yaşayırdılar. Bir müddət sonra Fransaya qayıdan sevgililər nəhayət, ailə qururlar. Amma vəziyyət getdikcə pisləşir. Ərinin məşuqələrindən gələn zənglər, davamlı etinasızlıq Konsuelonu təngə gətirir. İki dəfə psixiatrik klinikaya yerləşdirilən bəxtsiz qadını əri ziyarət etməkdən çəkinirdi.

Sevilmədiyini açıq-aydın duyan Konsuelo bir neçə dəfə Antuanla münasibəti kəsib, ölkəsinə dönsə də çılğın yazıçı onu hər dəfə aldadıb, geri döndərirdi. Hətta bir dəfə arvadını dilə tutub, barışan Ekzüperi onu evə yox mehmanxayana qaytarır ki, Konsuelo məşuqələri ilə mühasibətinə mane olmasın.

İkinci Dünya Müharibəsi dövründə Konsuelo ərindən ayrılıb, fransız mayorla nişanlanır. “Artıq tək qala bilmirəm, mənə həyat yoldaşı lazımdır”, – deyən Konsuelo yenidən Ekzüperi tərəfindən tələyə düşür.

Antuan onu dostunun mehmanxanasına dəvət edib, yaxşıca içirdir. Guya, mayora zəng edib, sevgilisinin gecikəcəyini bildirir. Sonralar bəxtsiz qadın həmin gecəni belə xatırlayacaq:

Zəng etməliyəm bəhanəsi ilə otaqdan çıxdı. Onu bir saata yaxın gözlədiyim müddətdə xidmətçi məni bal kimi dadlı likora qonaq etdi. Nəhayət, Tonio qayıdıb, Mayor rica etdi, sizə çatdırım ki, gözləməyə taqəti yoxdur. Bərk inciyib. Məni dinləyin, Konsuelo, gəlin yenidən nişanlanaq. Mayordan da küsməyin. Biz kişilər hamımız eyniyik. Ağzımı açmağa macal tapmamış, Tonio boyunbağımı ehmalca açmağa başladı. Bir neçə dəqiqə sonra məni mehmanxananın ən dəbdəbəli nömrəsinə apardı. Və mən yenidən öz ərimə ərə getdim”.

Ertəsi gün Konsuelo öyrənir ki, Antuan mayora zəng vurmayıb, və onu mehmanxana nömrəsində yalnız qoyaraq, taleyin ümidinə buraxıb.

 

Frans Kafka

3 dəfə nişanını qaytarıb, nişanlısının rəfiqəsi ilə eşq macərası yaşayıb

İlk nişanısı Felisiya ilə Frans dostunun evində tanış olmuşdu. Cəmi 29 yaşı olan yazıçı özünə qapalı və güvənsiz gənc idi. Buna baxmayaraq cütlüyün münasibəti 5 il sağlam şəkildə davam edir. Bəlkə də ona görə ki, məktublaşaraq ünsiyyət qururdular.

Uzun müddət sonra yenidən görüşən aşiqlər Berlin parklarının birində gəzişəndən sonra Kafka Felisiyaya məktub yazaraq ayrılmaq istədiyini bildirir. Bir neçə həftə sonra isə ona 20 səhifəlik məktub yazıb, evlilik təklif edir. Eyni zamanda həkimə müraciət edib, bu addım atmaqda problem olmadığını dəqiqləşdirməli olduğunu vurğulayır.“Özün düşün, Felisiya, bu nikah hər ikimizin həyatında əsaslı dəyişiklik edəcək. Sən Berlindən, öz sevimli işindən, sənə sevinc bəxş edən rəfiqələrindən və bir sıra kiçik xoş məqamlarından məhrum olacaqsan. Özü də bütün bunları şən, qəlbi sevinclə alışan, birgə körpələr böyüdəcəyiniz kişi üçün etməyəcəksən. Alışdığın gözəl həyatın qarşılığnda zəif, bədbin, sükuta qərq olan inadkar, qəlbindən itkin düşmüş biri kişi qazanacaqsan.”

Qəribə də olsa Felisiya “hə” cavabını verir. Frans toy gününü min bir bəhanəylə uzadırdı. Nişanlısının bu təkminindən hiddətlənən gənc qız rəfiqəsini onun yanına göndərib, nə baş verdiyini öyrənməyə çalışır. Kafka Qreta adlı bu qıza da vurulur. Hər iki rəfiqəyə ayrıca məktublar yollayaraq, məhəbbətlərini qazanmağa çalışır.

Kafka Qretaya yazdığı məktubun birində:“Toydan sonra üçümüz birgə yaşasaq, necə də gözəl olardı. Siz mənim, mən də sizin əllərinizi bərk-bərk tutub, birbirimizə cəsarət verərdik”, – deyir.

Çarəsiz Qreta məkrubu rəfiqəsinə göstərir və onlar “don juan” aşiqlərini Berlinə çağırıb, ifşa edirlər. Bu münasibət də sona çatır.

3 ildən sonra Kafka yenidən Felisiyaya evlilik təklif edir. Bir müddət sonra Felisiya ağır xəstəlikdən dünyasını dəyişir və Frans bunu göylərin ali qərarı ilə əlaqələndirir.

 

Ernest Heminquey

3 dəfə boşandı və hər dəfə xanımlarını günahlandırdı

Heminquey düz 4 dəfə ailəli olub. Birinci xanımı Hedli Riçardsonu tərk edib, rəfiqəsi Paulinayla eşq macərası yaşayır. Boşananda da Hedlini onun xəyanətlərinə göz yummamaqda günahlandırır. Dahi Ernest buna çözüm olaraq hər iki qadınla eyni anda, bir evdə yaşamağa qərar verir. Fransanın cənubunda balaca bir ev tutan üçlük tezliklə bu durumdan bezir. Qadınların sinirləri tarıma çəkilir. Hedli ərinə də, rəfiqəsinə bəslədiyi dərin nifrətlə bu evdən ayrılır. Paulina sevimli yazıçısına ərə gedir və ona iki oğul doğur. Doğum çətin keçdiyindən həkim onlara üçüncü dəfə valideyn olmağa qadağa qoyur. Tezliklə ikinci nikahı da məhv olan Heminquey bu dəfə də arvadını dinə həddən artıq bağlılıqda günahlandırır.

Əslində isə həmin müddətdə yazıçı Marta adlı jurnalist qadınla eşq macərası yaşayırdı. Tezliklə evlənən cütlüyün arasında qalmaqal elə ilk günlərdən başlayır. Marta ərini dağınıqlıqda, səliqəsizlikdə və sərxoşluqda suçlayırdı. Ernest isə onu işini evindən üstün tutduğuna görə günahlandırırdı. Marta ilə nikahını taleyini ona etdiyi axmaq zarafat adlandırırdı. Mən bu lənət olmuş münasibətə görə övladlarımdan ayrıldım, deyə şikayətlənirdi. Ernest Marta ondan boşanan kimi arvadını güllələməklə hədələyirdi. Buna baxmayaq ailə dağılır. Və Nobel laureatı dördüncü dəfə ailə qurur.

Meri adlı dördüncü arvadı ilə də durmadan dalaşan yazıçı bir dəfə Merini Parisdə təşkil edilmiş qonaqlıqda şillə ilə vurur. Ertəsi gün özünə haqq qazandıraraq “saç ustası sənə çox aqressiv düzüm etmişdi. Sənə baxıb, sinirlənirdim”, – deyir. Növbəti dəfə Ernest Merinin kemiş ərinin fotolarını unitaza atıb, şəkillərə 6 dəfə silahdan atəş açır. Cütlük Kubaya köçəndən sonra da vəziyyət dəyişmir. Ernest tez-tez içib, arvaını qonaqlar önündə döyür, hətta fahişələrlə birgə evə gəlirdi.

Heminqueyin bütün kaprizlərinə göz yüman Meri yazıçı intihar edərək ondan ayrılmır.

Görürsünüzmü, əsərlərinin timsalında özlərinə vurulduğumuz qəhrəman yazıçılarımız əslində qorxunc bədheybət olublar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir