MESHURLAR

Məşhurların ailəsində ilk dərs günü həyəcanı – FOTOLAR

Baxış sayı: 179

Bu gün Azərbaycanda dərs ilinin ilk günüdür.

“Gencaile.az”-ın Axşam.az-a istinadən məlumatına görə, birinci sinfə gedənlər arasında sənət aləminin tanınmış simalarının ailə üzvləri də olub.

Əməkdar artist Mətanət İsgəndərlinin nəvəsi Tuncay bu il birinci sinfə yollanıb.

Şair Baba Vəziroğlunun övladı Kamal da birinci sinfə gedənlər arasındadır. Kamal M.İsgəndərlinin nəvəsi ilə eyni sinfdə oxuyacaq. Onlar 6 nömrəli məktəbdə təhsil alacaqlar.

Aparıcı-aktyor İlkin Həsənin bacısı qızı Nigar bu il birinci sinfə gedənlər sırasındadır.

Reper Qurdun oğlu bu il ilk dəfə məktəbə gedir.

Aparıcı Sima Çələbinin qızı Şeyla birinci sinfə gedənlərdəndir.

Müğənni Elçin Hüseynovun qızı Raya birinci sinfə getmək həyəcanı yaşayan şagirdlərdəndir.

Aktrisa Aysel Nazimin oğlu Hakan Efenin də bu gün ilk dərs günüdür.

Müğənni Zenfira İbrahimovanın övladı İbo birinci sinfə gedir.

Aparıcı Arzu Umutun oğlu da bu il birinci sinfə gedənlər sırasındadır.

Aktyor Rəşad Kəsəmənlinin qızı Zəhra birinci sinfə yollanıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir