qeddafi

Məşhurların saraydan birbaşa türməyə gedən övladları

Baxış sayı: 1. 577

Dünya mediası prezident övladlarını daim nəzarətdə saxlayır. Onların həyat tərzi, geyimləri, yol verdikləri səhvlər media nümayəndələri tərəfindən böyük həvəslə təhlil olunur. Amma bəzən bu səhv əndazəsini də aşır. Yəni kriminala qədər gedib çıxan səhvlər olur. Onlardan bəzilərini təqdim edirik.

 

Hitlerin oğlu atasına qarşı vuruşub

Öncə lap keçmişdən başlayaq. Hitlerdən məsələn. Onun şəxsi həyatı hər zaman qalmaqal və ziddiyyətli olaylarla zəngin olub. Fransa vətəndaşı olan Jan Mari Lore 1981-ci ildə yazdığı “Sənin atan Hitlerdir” kitabında Hitlerin gizli oğlu olduğunu bildirib. Lore və Hitlerin qohumluğu barədə əsl həqiqət onun vəkili Fransua Gibonun sayəsində üzə çıxıb. Lorenin yazdığına görə, anası 16 yaşlı Şarlotta Lobjua ilə yefreytor Hitler arasında roman 1917-ci ildə – alman ordusu Fransanın Pikardiya şəhərində yerləşərkən yaşanıb. 1918-ci ilin martında Lore dünyaya gəlir.

Ä°lgili resim

Qonşular uşağı nifrətlə “kiçik boş” (Fransada almanlardan dünyaya gələn uşaqları belə adlandırırdılar) deyə çağırırdılar. Təhqir və istehzadan bezən Şarlotta bir neçə ildən sonra uşağı gənc bir ailəyə övladlığa verir. Taleyin gərdişinə bax ki, 1939-cu ildə Hitlerin oğlu Almaniya faşistlərinin əleyhinə vuruşmaq üçün müharibəyə gedir, işğal vaxtı isə  fransız partizanlarına qoşularaq “Klement” ləqəbini götürür. 1950-ci illərin əvvəllərində doğma anası ölümündən əvvəl Loreyə əsl atasının kimliyini deyir. Bu, onun üçün böyük şok olur. Özünün dediyinə görə, düz 20 il durmadan çalışır ki, əsl kimliyini unutsun.

 

Orqan taciri olan prezident övladı

Səddam Hüseynin oğlu Uday Hüseyni bu kateqoriyada unutmamaq lazımdır. Uday Hüseyn atasının ölkəni yumruqla idarə etməsindən yararlanaraq, bir çox cinayətlər törətmişdi. Günün çoxunu içkili halda olan Uday Hüseynin cinayətlərindən ən dəhşətlisi atasının dadbilənini (dequstator) məclislərin birində elektrik oyma bıçaqla doğrayaraq öldürməsi olub. Bundan əlavə, Uday Hüseyn dəbdəbəli həyat tərzi ilə də yadda qalıb. Buna misal olaraq Uday Hüseynin 1200-dən çox bahalı maşınlarının olmasını göstərmək olar.

Səddam Hüseynin oğlu Uday Hüseyn ile ilgili görsel sonucu

Eyni zamanda o, İraqdakı istənilən qadına təcavüz edirdi. Qadınları yoldan oğurlayır və Udayın hüzuruna gətirirdilər. Onunla birgə olmaq istəməyən qadınları isə öldürürdü. Deyilənə görə, qadınlara təcavüz edəndən sonra Uday onların kürəyini adının baş hərfi olan “U” ilə damğalayırdı. Bundan başqa, Uday hədsiz sadistliyi ilə də ad qazanmışdı. Onun 2 köməkçisini ölümünə qədər döyməsi, habelə İraq türmələrindəki işgəncələrdə şəxsən iştirak etməsi də yayılan xəbərlər sırasındadır.

Udayın qardaşı Qusey Hüseyn isə gizli polis idarəsi yaratmışdı və bu idarə müxalifətə qarşı amansız əməliyyatlarla məşhur idi. Qardaşlar 2003-cü ildə, artıq İraq işğal olunan zaman Şeyx Nəvvaf Zeydanın iqamətgahı bombalanan zaman orada ölüblər.

Jean-Claude Duvalier keçmiş Haiti diktatoru olmuş Fransis Duvalierin (bəzən “Papa Doc” da adlandırırlar) oğludur və 19 yaşında atası vəfat etdikdən sonra hakimiyyətə gəlib. Tarixə dünyanın ən gənc prezidenti kimi düşüb. Hakimiyyətə gəldikdən sonra əlindəki gücdən istifadə edərək narkoticarət və Haitidə öldürülmüş insanların orqan ticarəti ilə də məşğul olub.

Ä°lgili resim

Stalin dələduz oğlu ilə danışmayıb

Kim Jong In –  Şimali Koreyanın ikinci ölməz lideri olan Kim Jong İl-in oğlu Kim Jong In atasının ölümündən sonra hakimiyyətə gəlib. Həm də dünyanın ən gənc lideri seçilib Kim In. Hazırda Koreya Əmək Partiyasının birinci katibi, Koreya Xalq Demokratik Respublikasının Dövlət Müdafiə Komitəsinin birinci sədri, Koreya Xalq Ordusunun Ali Baş Komandınıdır. Mifoloji maşını artıq çoxdan işə düşüb, Şimali Koreyada onun atasına və babasına hər sahədə oxşadığı müzakirələrə səbəb olub.

Stalinin oğlu Vasili haqda da tarix xoş şeylər demir. Cəsarətli pilot olmasına baxmayaraq – müharibə zamanı iki alman təyyarəsini vurub – həyatı o qədər də yaxşı olmayıb. Xarakter etibarilə çılğın olan Vasili general kimi ad qazansa da, onun aylarla orduya gəlmədiyi, dövlət büdcəsini talan etdiyi – 20 milyon rubl yeyintiyə yol verib – eyni zamanda əyyaş həyat tərzi keçirdiyi, rəhbərliyi altında olan qadınlarla yaşadığı da gəzən söz-söhbətlər arasında olub. Atası bu hərəkətlərinə görə onunla danışmırdı. Amma Stalinin ölümündən sonra oğlunu dövlətə qarşı etdiyi əməllərə görə 8 il müddətinə azadlıqdan məhrum etdilər.

Dariga Nazarbayeva ile ilgili görsel sonucu

Qazaxıstan prezidenti Nursultan Nazarbayev 3 qız atasıdır. Böyük qızı Dariqa (1963) siyasi elmlər doktorudur. Hazırda Qazaıxstan parlamentinin vitse-spikeri və “Nur Otan” Partiyasının fraksiya rəhbəridir. Bundan başqa, ölkəsində Dariqa Nazarbayevanın böyük biznes şəbəkəsi var.

Prezidentin qızı 1983-cü ildən Rahat Əliyevlə evlənib. Cütlüyün Nurəli (1985), Aysultan (1990) və Venera (2000) adlı 3 övladı var. 2007-ci ildə Nursultan Nazarbayevlə konfliktə girən Rahat Əliyev bütün vəzifələrdən məhrum edilib. Dariqa Nazarbayevadan boşanan R.Əliyev Avstriyadan siyasi sığınacaq alıb. Bir müddət sonra müəmmalı şəkildə öldürülüb.

Prezidentin ortancıl qızı Dinara Nazarbayeva isə incəsənət təhsili alsa da, bizneslə məşğul olur. O, Qazaxıstan “Xalq Bankı”nın səhmdarlarından biri kimi ölkənin ən zəngin qadını hesab olunur. Onun 1,3 milyard dollar sərvətinin olduğu deyilir. Dinara Nazarbayeva biznesmen Timur Kulibayevlə evlidir. Onların Altay (1990), Daniza (2004) və Alia (2010) adlı 3 övladı var.

Nursultan Nazarbayevin kiçik qızı Aliyə Nazarbayeva isə tikinti biznesi ilə məşğuldur. “Elitstroy” tikinti şirkətinin sahibi olan Aliyənin evli və 2 övlad sahibi olduğu məlumdur.

 

20 il həbsdə qalan prezident oğlu

Keçək Rumıniya diktatoru Nikolay Çauşevskinin övladlarına. Onun kiçik oğlu Nikolay atası hakimiyyətdə olanda onun bütün imtiyazlarından istifadə edirdi. Atası barədə rəsmi KİV-lər “Karpatın dahisi”, “Görünməmiş yeniliklər müəllifi” yazırdılarsa, oğlunu “Drakulito” deyə çağırırdılar. O, bütün ölkədə “qız ovu” ilə məşhurlaşmışdı. Diktator oğlunun xoşuna gələn qadınları zorlamaq adəti vardı. Və demək olar ki, bütün qadınlar onun zövqünə uyğun gəlirdi. Amma atasının hakimiyyətdən devrilməsi və öldürülməsindən sonra onunla bağlı ədalət də bərqərar oldu və 20 il müddətinə azadlıqdan məhrum edildi. Azadlığa çıxandan sonra isə böyrək serrozundan dünyasını dəyişdi.

Çauşevskinin digər oğlu Valentin və qızı Zoya isə daha təvazökar həyat tərzi sürüblər. Amma onlar da maliyyə fırıldaqlarına görə türmənin qapısını tanıdılar. Zoya 2006-cı ildə xərçəngdən dünyasını dəyişib. Valentin isə türmədən çıxandan sonra fizik kimi fəaliyyət göstərdi.

Yerevan məhkəməsi Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın qardaşı oğlu Ayk Sərkisyan barədə həbs qərarı çıxarıb. Bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

“Məhkəmənin qərarı ilə Ayk Sarqsyan həbs edilib”, – deyə məlumatda bildirilir. A. Sərkisyan qətlə cəhddə və qanunsuz silah saxlamaqda şübhəli bilinir. Daha əvvəl Ermənistanın Milli Təhlükəsizlik Xidməti Serj Sərkisyanın qardaşı oğlu Narek Sərkisyanı axtarışa verib. O, qanunsuz silah və narkotik saxlamaqda və özgə əmlakını mənimsəməkdə ittiham edilir. Keçmiş prezidentin kiçik qardaşı Levon və onun qızı Ani barədə axtarış elan olunub. Onlar qanunsuz yolla varlanmaqda və gəlir bəyannaməsindən yayınmaqda ittiham edilirlər.

 

Biri arvadını döyüb, o biri içki düşkünü olub

Liviya rəhbəri Müəmmar Qəzzafinin 6 oğlu və bir qızı olub. Atasının hakimiyyəti dövründə uşaqları rəhbərlikdə yüksək vəzifələr tutublar. Onların idarəsində milyardlarla dollar və atalarının hüdudsuz hakimiyyəti olub. Amma hamıdan çox onun oğlu Hannibal pis şöhrət qazanmışdı – o, insanlara qarşı amansız münasibəti ilə tanınırdı.

hannibal kaddafi ile ilgili görsel sonucu

2008-ci ildə hətta İsveçrədə onu hotel işçisini amansızcasına döyməsinə görə həbs etmişdilər. Bu insident İsveçrə ilə Liviya arasında konfliktlə nəticələnmişdi. Hannibal akulalar üçün hovuz tikdirir, Parisdə dəlicəsinə yüksək sürətlə maşın sürür və hamilə həyat yoldaşını Londonda döyürdü.

Qəzzafi rejiminin çökməsindən sonra onun iki oğlu – Saif əl-Arab və Hamis Qəzzafi atışma zamanı həlak olub. Hannibal isə anası Safiya, bacısı Ayşə və ögey qardaşı Məhəmmədlə birgə Əlcəzairə qaça bildi. Diktator olmayan, demokratiya paytaxtlarında oturan “papaların” övladları da bir sıra hallarda xüsusi şıltaqlıqları ilə seçiliblər. Amerikanın keçmiş prezidenti Corc Buşun qızları Cenna və Barbara Buş  spirtli içkilərə hədsiz aludə olublar. 2001-ci ildə polis Barbaranı gecə barında hədsiz içkili vəziyyətdə yaxalayıb. Buşun digər qızı Cenna da bacısından geri qalmayıb. Uels Universitetinin tələbəsi olan Cenna da Ostindəki digər bir restoranda “Marqarita” içkisi sifariş etdiyi üçün polis tərəfindən cəzalandırılıb.

Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerin oğlu Mark Tetçer isə hər dəfə tarixə fərqli qalmaqallarla girib. 2005-ci ildə 52 yaşlı biznesmeni Qvineyada çevrilişə görə ittiham edərək 500 min dollar məbləğində cərimələdilər və 4 il şərti cəza verdilər. Bundan başqa, o, qanunsuz silah alverinə, habelə iri dələduzluq faktlarına görə dəfələrlə ittiham edilib. Anası Marqaret Tetçer isə onun haqqında aşağıdakı unikal sözləri deyib: “Mark pulları o qədər çox sevir ki, eskimoslara qar, ərəblərə qum sata bilər”.

Obamanın 16 yaşlı böyük qızının Pro Ero rep-qrupunun instagram səhifəsində öz fotosunu paylaşması qalmaqala səbəb olmuşdu. Fotoda prezident qızı qrupun loqotipi əks olunan köynəkdə poza vermişdi. Xatırladaq ki, əvvəl də dekabr ayında respublikaçı konqresmen Stiven Finçerin mətbuat katibi Elizabet Lauten prezident B.Obamanın qızlarını statuslarına hörmət etməməkdə ittiham etmişdi.

O hesab edirdi ki, Saşa və Mali teleefirdə özlərini düzgün aparmırlar və prezident qızları kimi geyinmirlər. Məhz bu çıxışına görə Elizabet Lauten işindən qovulmuşdu.

 

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir