biber

Mətbəx sirləri: Kələmlə doldurulmuş bibər

Baxış sayı: 462

“Gencaile.az” saytı qış tədarükü üçün kələmlə doldurulmuş bibərin hazırlanma qaydasını təqdim edir

 

Tərkibi:

35-40 ədəd şirin bibər

3-3,5 kq kələm

1 acı istiot

2 yerkökü

13 diş sarımsaq

göyərti – şüyüd, cəfəri

 

marinad:

1 l su

2 x.q. duz

1 x.q. şəkər tozu

0,5 st. bitki (günəbaxan) yağı

0,5 st. 9%-li sirkə

 

Hazırlanması:

Şirin bibərin toxumlarını təmizləyib hissə-hissə qaynayan suya salaraq  5-7 dəqiqə saxlayın. Sonra çıxarıb soyudun.

Kələmi xırda doğrayın, xırdalanmış göyərti, sürtgəcdən keçirilmiş yerkökü, sarımsaq və acı istiotla (zövqə görə sonuncuların  qədərini artıq etmək olar) qarışdırın.

Azca duz vurub bibərlərin içini doldurun, bankalara yığın.

Marinad üçün olan ərzağı qarışdırıb qaynadın. Bibərlərin üstünə tökün.

Bankaların ağzına qapaq qoyub sterilizə edin: 2-litrlik bankaları 30, 1-litrlik bankaları isə 20 dəqiqə qaynatmaq lazımdır.

Sonra qapaqlarını bağlayın, tərs çevirib tam soyuyunca belə saxlayın. Sonra düz çevirib soyuq yerdə saxlayın.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir