metbex

Mətbəxdə bilməyiniz lazım olan əhəmiyyətli ipucları

Baxış sayı: 2. 449
Tərəvəzləri duzlu suda yumağı vərdiş halına gətirin. Duzlu su tərəvəzləri daha təsirli və tez təmizləyər.
Sobanıza sinmiş pis yemək qoxuları üçün yemək etmədən əvvəl sobanızın ortasına yarısı sirkə, yarısı su ilə doldurulmuş bir tava qoyun, sobanızı bir neçə dəqiqəlik istilədin, daha sonra soyumağa buraxın.
 Quru paxlalıları bir gecə əvvəldən ilıq suya qoyun və qaynadarkən içinə bir az karbonat əlavə edin.
Bişirdiyiniz keks qəlibindən çıxmırsa qabın altına yaş bir bez yayaraq bir az gözlədin.
İstifadə etdiyiniz sousların xarab olmamasını istəyirsinizsə üzərini bir az zeytunyağı əlavə edərək uzun müddət saxlaya bilərsiniz.
Kartof bişirərkən suyuna bir qaşıq sirkə tökülsə həm rəngi sarı qalar, həm də daha ləzzətli olar.
Balıq qoxusunu çıxarmaq üçün yuma suyunun içinə bolca qəhvə dənəsi atın. Sonra bolca durulanın.
Badımcanların acısını götürmək üçün soyunca duzlu suda saxlayın.
Soyuducudan çıxardığınız yumurtanın ağı və sarısının bir-birinə qarışmaması üçün dərhal qırın.
Sosiskaların partlamasını önləmək üçün sobaya ya da qızartmağa qoymadan əvvəl soyuq südə batırmanız kafi olacaq.
Şokolad sousu hazırlanarkən içinə bir az qəhvə qoyulsa dadı çox daha dəyişik olar.
Yumurtaları asanca soymaq üçün qaynar sudan çıxardıqdan sonra dərhal soyuq suya tutulub bir az gözlədin.
Soğanların üzərinə bir az un səpilsə qovurarkən qaralmaz.
Əllərdəki soğan və sarımsaq qoxularını apara bilmək üçün ediləcək ən yaxşı şey qaynadılmış kartofla ovmakdır.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir