metbex

Mətbəxdə qırmızı-ağ dekordan necə istifadə edək? – “EVİN İŞİ”

Baxış sayı: 1. 723

Evdə ən çox sevdiyimiz məkanlardan biri mətbəxdir. Ailem.az mətbəxlərdə daha çox üstünlük verilən qırmızı-ağ dekorasiyasında nələrə diqqət etməli olduğunuz haqda  tövsiyələr təqdim edir.

Qırmızı və ağ rənglər birlikdə uyğun olduqları qədər mətbəxə də çox yaraşırlar. Ağ mətbəx dekorasiyası onsuz da çox geniş yayılıb. Ağ mətbəxi rəngləndirmək və enerji qatmaq üçün qırmızıdan istifadə etmək işə yarayacaq. Mətbəxdə qırmızının haralarda istifadə ediləcəyinə mətbəxin böyüklüyünü, işıqlandırılmasını nəzərə alaraq qərar verə bilər, qırmızı-ağ mətbəx dekorasiyası qura bilərsiz.

Qırmızı-ağ mətbəxiniz varsa, masanızı ağ rəngdə seçin. Qaranlıq və kiçik mətbəxlərdə qırmızı-ağ dekorasiyasında qırmızdan az istifadə edin.

Ağ qapı və qırmızı mətbəx divarı çox gözəl bir kontrast yaradacaq. Bəzən mətbəxin sadəcə bir divarını qırmızıya boyaya bilərsiz.

Qırmızı-ağ mətbəxə ən çox yaraşan divar rəngi ağ rəngdir. Bundan başqa krem, boz, berj kimi rənglər də seçə bilərsiz.

Oturacaqlarda isə taxta modellərdən istifadə edin.

Mətbəx pərdəsi üçün ağ-qırmızı, ağ, krem, qırmızı kimi rənglər seçə bilərsiz. Ümumiyyətlə, mətbəx üçün yumşaq ipək pərdələrə üstünlük verin.

Mətbəx şkafı tünd rəngdə olanlar qara rəngdən detallar üçün istifadə edə bilər.

Nə mətbəx şkafı, nə də divarı qırmızı olmaya bilər. Bunun üçün qırmızı xalça ilə qırmızı ağ bir mətbəx yarada bilərsiz.

metbex1




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir