istirahet

“Məzuniyyəti düşünməyə zaman yoxdur” – Tanınmışların istirahət planları

Baxış sayı: 545

Yay fəsli gələn kimi hamı istirahətə can atır. Yayın gəlişi ilə insanlar işlərini bir kənara qoyub, istirahət planları qurur, ilin yorğunluğu və stressindən xilas olmağa çalışırlar. Ötən illərdən fərqli olaraq bu il insanlar daha çox istirahətə ehtiyac duyurlar. Çünki artıq ikinci ildir ki, dünya pandemiya şəraitində yaşayır.

Bu hal da normal olaraq insanlarda əlavə stress yaradıb. Bəs məşhurlar builki məzuniyyətlərini harada keçirəcəklər? Xaricə çıxmaq üçün “Covid pasport”ları varmı? Ümumiyyətlə, ölkə xaricində koronaya yoluxmaqdan ehtiyatlanırlar?


Deputat Razu Nurullayev bildirir ki, bir çox problemlərə görə məzuniyyət haqqında düşünmür:
“Peyvənd vurdurmuşam. Ona görə özümü bir az təhlükəsiz hesab edirəm. Ölkənin layiqli vətəndaşı olaraq qaydalara əməl edirəm. Xaricə getməyə tərəddüd etmirəm, koronavirusa yoluxma qorxum yoxdur. Lakin məzuniyyət haqqında düşünməyə vaxtım və həvəsim olmayıb. Bu gün Azərbaycanda elə vəziyyət yaranıb ki, məzuniyyəti düşünməyə zaman yoxdur. Xeyli ailə-məişət problemi toplanıb qalıb, onlarla vaxt tapıb məşğul olmaq lazımdır”.

ADP sədri Sərdar Cəlaloğlu bildirir ki, bu il xaricə üz tutmaq niyyətində deyil:

“Mən heç vaxt məzuniyyətə çıxmıram. Bu il övladlarımın yanına da getməyəcəm. Çünki koronavirusla bağlı çox ağır şərtlər qoyublar”.

Hüquq-müdafiəçisi Novella Cəfəroğlu bu il Azərbaycanın səfalı bölgələrində istirahət edəcəyini deyir:

“Ötən il koronavirusa yoluxub sağalmışam. Antiteli yoxlatmaq üçün analizi verdim. Sonra koronavirusa qarşı peyvənd vurdurdum. Xarici ölkələrdən birinə getmək istəyirdim, həmişə Türkiyəyə gedirdik. Amma hələlik təxirə salmışıq xaricə getməyi. Bu yay Azərbaycanın bölgələrində istirahət edəcəm. Naxçıvana bibimi görməyə gedəcəm. Elə orada da gəzib, istirahət edəcəyəm”.

 

Könül




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir