qadin

Makiyajda eksperimentləri sevənlər üçün 6 payız trendi

Baxış sayı: 2. 349

Yeni mövsümü qarşılamağımıza az vaxt qalıb. Artıq mövsümün trendləri də özünü göstərməyə başlayıb. İstər makiyaj, istər geyim, istər aksesuar, istərsə da saç trendlərində həm sadəlik, həm də ki, fərqlilik göz önündədir. Makiyajda isə eksperimentləri sevənlər üçün yaxşı xəbərimiz var. Çünki yeni mövsümdə bir- birindən cəsarətli makiyaj trendləri sizi qarşılayacaq. Payızda makiyaj tərzinizdə 6 trendi sınamağınız üçün sizə nümunələri təqdim edirik.

Vurğular

Payızın əsas trendi – vurğulardır. Zərlər, rəngli göz qələmləri, parlaq göz kölgələri, sulu dodaqlar – zövqünüzə uyğun hər şeyi bir arada tapa bilərsiniz. Amma sadəcə birini daha çox vurğulamalısınız. Bu, ya parlaq göz kölgəsi, ya da ki, bir az parıldayan ənlik ola bilər. “Smokey eyes” və qırmızı dodaq boyası da öz yerində qalır.

Qırmızı dodaq boyası

Yeni mövsümdə də qırmızı məşhurluğunun zirvəsindədir. Sadəcə bir qədər parıltı ilə qırmızı məxməri xatırladır. Bu isə öz növbəsində dodaqlara nəciblik bəxş edir. Sizə lazım olan isə təmiz üz, səliqəli qaşlar, ehtiyatla ayrılmış kipriklər və aydın parlaq dodaqlardır.

Bronzer

Necə deyərlər: “Bronzerlə həmişə yaydır”. Sadəcə siz çox nude makiyajla onu soyuq havalarda da aktual edə bilərsiniz.

Parlaq kipriklər

Burada sizə fərqli variantlar təqdim edilir: yuxarı və aşağı, qeyri-adi və dağınıq kipriklər. Əgər siz Twiggy tərzində kipriklərdə eksperiment aparmaq istəsəniz, o zaman taxma kipriklər sizə kömək olacaq. Yox, əgər sadəcə yaxşı həcm verilmiş kipriklərdən yana seçim etmiş olsanız, o zaman isə tuşu kipriklərinizdə bir neçə dəfə hərəkət etdirməyiniz kifayətdir. Üzünüzü isə təbii olaraq saxlayın. Bir az aydınlata, vurğulaya və qaşlarınızı səliqəyə salsanız yetərlidir. Bu tərz üçün müxtəlif rəngli tuşlardan istifadə edə bilərsiniz.

Qotik

Çox parlaq, hər hansı bir vurğu olmadan farfor, solğun üz və tünd qırmızı, gavalı, böyürtkən çalarlarında dodaq boyası doğru seçimdir. Tünd çalarlar mövsümün öndə gedən trendləri arasındadır.

Ərik çalarlar

Bu zərif çalar nude makiyajla birləşdikdə payızın əvəzolunmaz trendi halına gəlir. Ərik çalarlarla dəbli payız makiyajı üçün sizə əriyin çəhrayı çalarında göz kölgəsi, ənlik, dodaq parladıcısı, qaşları təbii şəkildə formaya salmaq üçün qələm lazımdır, bir az da kipriklərə həcm vermək kifayətdir. (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir