makiyaj

Makiyajdan istifadə etməyən qadınları buna nə sövq edir?

Baxış sayı: 177

Qadınlar müxtəlif səbəblərə görə kosmetik vasitələrdən imtina edirlər. Əgər kosmetikadan imtina ciddi səbəblərə dayanmırsa, o zaman həmin qadının özünə az dəyər verdiyini demək olar. Belə xanımlar qadınlığın tərəfdarı olmur və özlərinə fikir vermirlər. Səbəbi odur ki, belə xanımların ya az vaxtları olur, ya da tənbəldirlər. Ətraf mühitdən də çox şey asılıdır.

Əgər qız uşaqlıq vaxtında yalnız oğlanlarla dostluq edibsə, sonradan kosmetikadan istifadə ona qəribə gəlir. Kişi kollektivində çalışan qadınlar hərdən «daxillərindəki naz-işvəni» unudurlar. Makiyajın yoxluğu feminizmin də əlaməti ola bilər. Kişilə eyni səviyyədə olmaq istəyi zərif cinsin bəzi nümayəndələrini kosmetikadan imtina etməyə sövq edir. Bir qayda olaraq, belə qadınlar karyeranı həyatlarında ən dəyərli meyar sayırlar. Dodaq boyasından və tuşdan imtina edirlər. Xüsusilə də eqosentrik qadınlar belə addım atırlar. Belə qadınlar hesab edirlər ki, bütün Yer kürəsi onların ətrafında fırlanır və gözəl görünmək onlar üçün də vacib deyil.

«Mən necə varamsa, eləyəm» prinsipilə yaşayan qadınlar da kosmetikaya maraq göstərmirlər. Onlar təbii obraza üstünlük verir və hesab edirlər ki, ətrafdakılarla dürüst olmaq və xarici görkəmi bəzəməklə kişiləri aldatmamaq lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir