MAKIYAJ SUNGERI

Makiyajsız gözəl görünməyin YOLLARI

Baxış sayı: 607

Bəzi qadınlar makiyajsız gözəl olmadıqlarını düşünürlər. Bu daha çox özgüvənsizlikdən irəli gəlir. Əlbəttə, səhv düşünürsünüz. Çünki hər bir qadın gözəldir. Sadəcə, özünüzə düzgün seçim və baxım etmək lazımdır.

Beləliklə, makiyajsız gözəl olmağın yollarını təqdim edirik.

 

Düzgün yuxu rejimi 

Amerika və Kanadada aparılan araşdırmalar düzgün yuxu rejiminin həm sağlamlıq, həm də dəri üçün faydalı olduğunu təsdiq edib. Əsasən axşam saat 11-dən gecə saat 3 aralığında yatmaq dərini daha cavanlaşdırır və hamar edir. 

Daimi idman 

Makiyajsız gözəl görünmək istəyənlər həftənin ən azı 3 günü idmanla məşğul olmalıdır. Müntəzəm gəzinti həm yaşlanmağın qarşısını alacaq, həm də dəridəki qırışların yox olmasına kömək edəcək.

Düzgün qidalanma

Sağlam qidalanma yuxu və idman qədər vacibdir. Qida rasionunuzda qoz, badam və püstə kimi məhsulların olması dərinin daha parlaq və hamar görünməsinə şərait yaradacaq. Üzünüzdə səpgilərin, sızanaqların əmələ gəlməsi yediyiniz məhsullardan asılı ola bilər. Buna görə də diqqətli olun.


Gözəl olmağın qızıl qaydalarından biri də dəriyə düzgün qulluq etməkdir. Dəridəki ölü hüceyrələri canlandırmaq üçün kremlər və losyonlardan istifadə etmək lazımdır. Kremləri kosmetoloqların məsləhəti ilə əldə etmək tövsiyə olunur. Bundan başqa, gözəl olmağın digər vacib qaydalarından biri də baxımlı olmaqdır. Həftədə azı bir dəfə gil maskası etmək dərini canlandırır və daha da gəncləşdirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir