qadin

Makiyajsız gözəllik sirləri

Baxış sayı: 1. 494

Normal gözəllik yalnız makiyaj demək deyil. Sağlam həyat tərzi yaşamaq təbii gözəlliyin təməlidir.

 

Yuxusuz qalmayın!

Yetərincə yatmaq çox vacibdi. Yorğunluq gözlərin çökməsinə, gözlərin solğun görünməsinə gətirib çıxarır. Bu səbəbdən də çalışın ki, gün ərzində minimum 8 saat yatasınız.

 

Soyuq suyun əhəmiyyəti

Üzü soyuq su ilə yumaq dərini təravətləndirər, eyni zamanda yorğunluğu  aradan qaldırıb, dərinizə canlılıq qatar. Gün ərzində tələb olunan qədər su qəbul edilməlidir. Belə olmadıqda orqanizmdə su, duz tarazlığında pozulma halı baş verə bilər. Çalışın ki, gün ərzində kifayət qədər su içəsiniz.

 

Günəşdən uzaq durun!

Gönəş şüalarından qorunmaq dərinin gənc görünməsi üçün vacib məsələdir. Bunun üçün xüsusi kremlər var ki, ondan istifadəni unutmayın.

 

Qaşlara da fikir verin!

Belə ki, makiyajın sonunda mütləq qaşlara nəzər yetirin. Qaşlar üzünüzün damı kimidir. Onların pozulması gözlərə, dodaqlara xoşagəlməyən görkəm verə bilər. Çalışın ki, qaşlarınız da hər zaman səliqəli görünsün.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir