15871727_240478376390104_3659443728770781163_n

“Malay gənclər ölkəmizi “Land of fire Azerbaijan” yazısından sonra tanıdılar” – “TƏLƏBƏ BİLETİ”

Baxış sayı: 2. 626

«Gencaile.az» saytının “Tələbə bileti” rubrikasının budəfəki qonağı Malayziyada təhsil alan Sirac İmranoğludur.

 – Malayziyanı hansı səbəbdən seçmisiniz? Hansı səbəbdən yaxın ölkələrdə təhsil almaq istəmədiniz?

– Göyçay rayonun Mırtı kəndində orta məktəbi bitirdikdən sonra 2006-2010-cu illərdə Türkiyənin Əskişəhər şəhərində yerləşən Anadolu Universitetinin Maliyyə-kredit fakültəsində təhsil almışam. Malaziyaya isə hərbi xidmətinin başa vurduqdan sonra yollandım. Bakalavr təhsilimi bitirdikdən sonra hərbi xidmətə yollandım. Əsgərlikdən sonra magistraturada oxumaq qərarına gəldim. Türkiyədən fərqli olaraq, magistr təhsilini ingilisdilli ölkədə almaq istəyirdim və bu istiqamətdə ən yaxşı təhsil verən ölkələrdən biri olaraq İngiltərəni seçdim. London Kommersiya Məktəbinə (London School of Commerce) MBA təhsili almaq üçün müraciət etdim və qəbul oldum. Amma İngiltərəyə getmək üçün viza ala bilmədim. London Kommersiya Məktəbi mənə onların Malayziyada yerləşən kampuslarında oxumağı məsləhət gördü. Malaziya haqqında məlumatım yox idi. Sadəcə, 5 saat internetdən araşdırdıqdan sonra bu ölkəyə getməyə qərar verdim.

Malayziyaya getməkdə məqsədim isə bir müddət sonra oranı İngiltərəyə dəyişmək idi. Lakin Malayziyadakı təhsili çox bəyəndim. Sonradan başladığım doktorantura ixtisasım üzrə dünyanın ən yaxşı 3 ölkəsindən biri məhz bu ölkədir. Həm də İngiltərənin hava şəraitinə baxdığımız zaman Malayziya daha cazibədar gəlirdi. Hər zaman yay və isti olur. Soyuğu sevmirəm.15800440_240477256390216_8870950869711099981_o

– Doğmalarınızdan, vətəninizdən uzaqda qalmaq çətin deyil ki?

– Təbii ki, çətin olur, ilk başlarda hamıda olduğu kimi. Artıq bu, mənim 10 illimdir ki, doğmalarımdan və sevdiklərimdən ayrıyam. Yəqin ki, bir az da vərdiş etmişəm.

– Bilirik ki, Malayziya iqtisadi cəhətdən inkişaf etməkdə olan ölkədir, qədim tarixə, mədəniyyətə sahibdir. Bəs cəmiyyət, insanlar necə təsir bağışlayır?

– Xaricdə yaşayan tələbələrin əksəriyyəti kimi məndə də  ilk çətinlik ölkəyə uyğunlaşma ilə bağlı olub. İstər yemək mədəniyyəti, istərsə də insanların yaşam tərzi ilk günlər çox təəccübləndirirdi.

Türkiyədə oxuduğum illərdə çox çətinliklə üzləşməmişdim. Yaşayış tərzlərimiz demək olar ki, qardaş ölkə ilə eynidir. Amma Malaziya tam fərqli mədəniyyətləri və mühiti olan bir ölkədir. Burada 3 irq yasamaqdadır. Malaylar, çinlilər və hindliler. Bu, o, deməkdir ki,  burada 3 ayrı millətin mədəniyyəti var. Burada hər vaxt isti və bürküdür. Kondisionerlər demək olar ki, hər vaxt açıq olur. İnsanları və adət-ənənələri o qədər fərqlidir ki, onlara öyrəşmək çox çətin idi. İlk günlər mədəniyyət şoku yaşadım. Yeməklərinə, adət-ənənələrinə alışdıqdan sonra problemim olmadı. Azca malayca da bilirəm, asanlıqla ünsiyyət qurub onlardan biri kimi davrana bilirəm.15873428_240478839723391_7676887801408398728_n

– Malayziya cəmiyyəti ilə bizim cəmiyyət arasında başlıca fərlər hansılardır?

– Bu ölkədə hər kəs balaca, şirin və gülərüzdür. Yemək yeyərkən qaşıq və çəngəldən istifadə etmirlər. Adətən yeməkləri əllə yeyirlər. Ən maraqlısı isə burada gəyirmək normal hesab olunur. Heç kim gəyirənə gülmür və mədəniyyətsizlik kimi baxmır. Malaziyada həyat gecə başlayır. Malaziya insanları qanunlara çox ciddi riayət edirlər. Hava isti olduğu üçün onlar asta hərəkət edir, heç yerə tələsmirlər.

– Yerli mətbəxə uyğunlaşa bilmisinizmi? Yoxsa hələ də rasionunuzda Azərbaycan mətbəxinə aid təamlar üstünlük təşkil edir? Sizi təəccübləndirən yeməkləri də var yəqin ki…

– Malaziyalılar demək olar ki, hər gün düyü yeyirlər. Çox sevdikləri, hətta meyvələrin şahı adlandırdıqları düryan adlı bir meyvə var ki, bundan çürümüş soğan iyi gəlir. Əvvəl sevməsəm də, indi bu meyvənin dəlisiyəm.Yeməklerinə vaxt keçdikcə və bəzən camplarda məcburi yedikce vərdiş aldım. Amma yenə də harda Azərbaycan mətbəxinə aid yemek görsəm, sanki 1 ildi yemək yeməmişəm kimi yeyərəm.15894326_240469229724352_2895215795884403307_n

– Malayziyalı gənclər nə qədər müasirdirlər?

– Buradakı gənclər bizimkilərə nisbətən aktiv həyat tərzi keçirirlər. Malaziya gəncləri həm dərslərini oxuyur, həm də aktiv həyat tərzi keçirirlər. Pis cəhətləri isə demək olar ki, bizimkilərlə eynidir. Siqaret çəkmək böyük iş hesab olunur. Paltarlarından tutmuş saç stilinə kimi özlərini avropalılara oxşatmağa çalışırlar.

– Malayziyada olduğunuz dövr müəyyən qənaətlərə gəlmək üçün az zaman deyil. Malayziyalı gənclər hansı prinsiplərlə ailə qurular? Sizcə, sevib evlənirlər yoxsa məntiq evliliyi daha çox populyardır?

– Malaziyda mənim 5-ci ilimdir artıq. Burdakılar dünyanın bir çox müsəlman ölkəsində olduğu kimi ailə heyati qurulur. Böyük bir qismi universitet heyatında və ya iş həyatında sevdiyi insanla ailə həyatı qurur. Az qismi isə ailəsinin seçdiyi şəxslə ailə həyatı qurur. Daha populyar olan sevib evlənməkdir.

– Malayziya toylarına rast gəlməmisiniz ki? Necə olur: bizlərdəki kimi dəbdəbəli, yoxsa…?

– Bəli bir çox toyda olmuşam.Demək olar ki, 3 irqin də toyunda olmuşam. Burada toylar çox sadə keçir. Sadə bir salon tuturlar. Gəlin də, bəy də milli geyimdə olur. Hər kəs yeməyini yeyir və sıra ilə şəkil çəkdirir. Bəzən həzin musiqi olur, amma cox oynayan olmur.15874625_240478146390127_769418003088236441_o

– Azərbaycanı tanıyırlarmı?Dağlıq Qarabağ münaqişəsi barədə eşidiblərmi?

– Malaziyada sadəcə yaşlı adamların ölkəmiz haqqında məlumatı var. İspaniyanın futbol klubu olan “Atletiko” Madridin futbolçuları “Land of fire Azerbaijan” yazısı olan forma geyinənə qədər Malaziya gəncləri Azərbaycanı tanımırdılar. Gənclər demək olar ki, ümumiyyətlə “Azərbaycan” adını eşitməmişdilər. Yaşlı adamlar isə Sovet Rusiyasının əsarəti altında olduğumuzu bilirdilər. Atletiko Madridin formasında “Land of fire Azerbaijan” yazısından sonra maraqlanmağa başladılar. Məsələn, indi gənclərə Azərbaycan deyəndə Atletiko Madrid yadlarına düşür. Həm də buranın baş nazirinin ölkəmizə səfəri və neft şirkətlərinin müqavilələri sayəsində ölkəmizi tanımağa başladırlar”.  Biz tələbələr səfirliyimizlə bərabər Malayziyada Azərbaycanın bütün bayramlarını xarici vətəndaşlarla birlikdə qeyd edirik və Azərbaycanı Malayziyada həm ölkə olaraq, həm Dağlıq Qarabağ münaqişəsi barədə,həm də adət-ənənələrini tanıtmaq üçün əlimizdən gələn hər şeyi edirik.

– Bildiyim qədər, bir media layihəniz var, sonda bu barədə mümkünsə.

– Sizin kimi jurnalist dostumuzun müsahibesi zamanı bu gün nişanlı olduğum xanımla tanış oldum. Burdan Gülər xanımı çox sevdiyimi bir daha demək istəyirəm. Bizim birlikdə qurduğumuz sosial şəbəkələr üzerindən yayımlanan lahiyəmiz var. Ümid edirəm bu lahiyəmiz gözəl xanımlarımıza gözəllik qatacaq. Lahiyəmiz “Sena Henna” ilə bu linkdə tanış olmaq olar:

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir