budce

Maliyyəni daha düzgün idarə etmək üçün 7 vərdiş

Baxış sayı: 171

Pulla necə davranmağı bacaran insanlar heç də həmişə milyonlar qazanmırlar, lakin onlar əllərində olan vəsaiti düzgün istifadə edə bildikləri üçün heç nəyə ehtiyacları olmur.

Şəxsi maliyyə mütəxəssisləri və məsləhətçiləri pulu düzgün idarə edən insanlar üçün xarakterik olan bir sıra xüsusiyyətləri fərqləndirirlər:

 

1) Onlar gördükləri hər şeyi almağa çalışmırlar.

Mütəxəssislər qeyd edirlər ki, belə insanlara xas olan ümumi xüsusiyyət ümumqəbul olunmuş istehlak mədəniyyətinin olmamasıdır. Onlar başqaları kimi olmamaqdan qorxmurlar. Bu şəxslər yalnız ciblərinə uyğun və ən vacib əşyaları alırlar.

 

2) Onlar bazarlıq edərkən brend dalınca qaçmırlar.

Bu insanlar brend və moda dalınca qaçmaq əvəzinə, yeni əşyanın uzun müddət istifadəsinə zəmanət verən yüksək keyfiyyətə üstünlük verirlər.

 

3) Onlar əşyalara deyil, təəssüratlara pul xərcləməyə üstünlük verirlər.

Pulları səmərəli idarə edən insanlar yeni əşya almaq əvəzinə, yeni təcrübə və ya təəssüratlara pul xərcləməyi üstün tuturlar. Aparılan sorğulara əsasən, gərgin iş həftəsinin sonunda onlar yeni əşya almaqdansa, kino, teatr və ya digər bu kimi tədbirə  getməyi seçirlər.

 

4) Onlar gələcəklə bağlı plan qururlar

Maliyyəni səmərəli idarə edən insanlar, bir qayda olaraq, gələcəklərini planlaşdırmağı əla bacarırlar – bu, həm pul yığmağa, həm də xərcləməyə aiddir. Bundan əlavə, onlar öz investisiyalarını planlaşdırırlar və maliyyə məsləhətçisinin xidmətlərindən istifadə edirlər.

 

5) Qənaət və investisiya onların həyat tərzidir.

Maliyyə vəsaitlərini effektiv şəkildə idarə edənlər qənaət etməyə başlamaq üçün əmək haqqının artmasını və ya bəzi gözlənilməz pul hədiyyələri almağı gözləmirlər. Belə ki, onlar üçün əllərində olan pulu yığmaq həyat tərzinin bir hissəsinə çevrilir.

İntizam və sabitlik onlara qənaət etmək və pul yığmağa, eləcə də investisiya etməyə imkan verən iki əsas keyfiyyətdir. Maliyyə məsləhətçiləri qeyd edirlər ki, kənara qoyduğunuz ən kiçik məbləğlər belə əhəmiyyət daşıyır və ciddi yığımların başlanğıcı ola bilər.

 

6) Zəngin deyillər, lakin onlar əllərində olanları necə idarə etməyi bilirlər.

Maliyyə məsləhətçiləri hesab edirlər ki, maliyyə intizamına riayət edən və pulla bağlı düzgün vərdişləri olan istənilən gəlirli şəxs özünün maliyyə vəsaitlərini effektiv şəkildə idarə edə bilər.

Buna görə də, pulların səmərəli idarə edilməsi üçün böyük gəlirə ehtiyac yoxdur. Əlinizdə olanı düzgün şəkildə idarə etmək daha vacibdir.

 

7) Onlar maliyyə məsləhətlərinə investisiya etməkdən qorxmurlar

Şəxsi maliyyə üzrə ekspertin konsultasiyası çox faydalı ola bilər, çünki çox vaxt insanlar pul yığmağa və artırmağa imkan verən alətlərin mövcudluğundan xəbərsiz olurlar.

Sərvətini artırmağa çalışan insanlar investisiya planı və ya vəsaitləri daha yaxşı idarə etməklə bağlı məsləhətlər almaq üçün pul sərf etməyə hazırdırlar. Onlar bilirlər ki, maliyyə məsləhətçisinin xidmətlərinə sərf olunan xərclər özünü doğruldacaq, çünki onlar nəticədə gəlirləri və aktivlərini artırmaq imkanı əldə edirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir