Без названия

Manyak Fiş – O, 20 il ərzində 400-ə yaxın uşaq öldürmüşdü

Baxış sayı: 1. 755

“Sizin qızınız təəccüb doğuracaq dərəcədə ləzzətli idi. Çox sağ olun. Mən onu evə gətirdim və bacaya çiçək dalınca göndərdim, özüm isə soyunaraq dayanıb onu gözlədim. Tezliklə o qayıtdı, məni görüb çığırdı. Doğrudur, uşaqların qışqırması yaxşı deyil, lakin onun müdrikliyi mənim xoşuma gəldi. Mən onu boğdum, sonra ətinin yumşaq yerlərini sümükdən ayırdım. Sümükləri evin arxasına tulladım. Ətlərin ən yaxşı yerlərini süddə isladıb, sonra bardaqda pörtlətdim. Ətin yumşaq və ləzzətli alınması üçün üstünə soğan, kök və hisdə qurudulmuş donuz əti də qatdım. Bir neçə saatdan sonra yemək hazır idi. Mən onu çox böyük ləzzətlə yedim. Sizə təskinlik üçün bildirmək istəyirəm ki, sizin uşağı zorlamamışdım. O qız uşağı kimi öldü…”

Bu məzmunlu məktubu Qrey Buddun valideynləri onun itməsindən altı ay sonra aldılar. Düz altı il əvvəl, hələ qızları sağ ikən Budd ailəsi böyük oğlanları  Edvard üçün mövsümi iş axtarmaq üçün elan vermişdi. O zaman özünü fermer kimi təqdim edən Frenk Qovard onların oğluna fermasında iş təklif etdi. İlk görüşdən ailə üzvlərinin qəlbində özünə gözəl yer elədi. Valideynləri oğlanları Edvardın bu misterə qoşularaq Manxettendən Nyu-Yorka getməsinə etiraz etmədilər. Frenk Qovard isə (o həm də Albert Fiş idi) özlüyündə bu gözəl oğlanı necə öldürüb yeməyi təsəvvür edirdi.
Lakin Qovard Eddinin ardınca gələrkən valideynlərinin yanında balaca qızcığazı gördü. Bu, Buddların kiçik qızları idi. Uşağı görən kimi ona heyran olan Qovard Edvardı aparmaq fikrindən vaz keçdi. Elə həmin an ağlına gələn ilk yalanı uyduraraq, valideynlərə dedi ki, bu axşam bacısıgildə körpə uşaqlar üçün əyləncə keçirilir. Əgər icazə versələr, o, qızcığazı həmin əyləncəyə aparadı. Valideynlərin inamını qazanmış cazibədar mister uşağın əlindən tutub gedərkən söylədi ki, əyləncə iki saatdan artıq çəkəcək, gec qayıtsalar, valideynlər narahat olmasınlar. Valideynləri inandıran Qovard qızcığazı öz evinə apardı. Uşağın başına gətirdikləri isə onun məktubunda yazılmışdır.

Bu iyirmi il ərzində Albert Fişin törətdiyi 400 ölüm hadisəsindən biri idi.

Arvadı onu tərk etmişdi… Bundan sonra o, bir az da azğınlaşmışdı.

Arvadı və uşaqları gedəndən bir neçə gün sonra o, yaxınlıqdakı zəncilər məhəlləsindən bir oğlan uşağı tutdu. O, uşağın əlinə bir qamçı və iynə verərəktələb elədi ki, qamçı ilə onu döysün, iynəni isə bədəninə batırsın. Bu əyləncə Qovardı bezdirdikdən sonra isə uşağı kəsib doğrayaraq yedi.

Fiş sadomazoxist idi. O, qurbanlarının bədənlərinə qızılgül budaqlarının qələm hissələrini keçirərək sonra onları kəsib yeyirdi. İti və küt alətləri insanların bədənlərinə keçirərək onlarla cinsi əlaqədə olmaqdan böyük zövq duyurdu. Cinsi əlaqə zamanı o, həm aktiv, həm də passiv ola bilirdi.

Bir dəfə isə o, 4 yaşlı Uilyam Haffneyi aldadaraq evinə gətirir. Bu hadisəni Fiş belə danışıb: “Oğlanı evə gətirdikdən sonra onu zorladım. Sonra onu bədənimə iynə keçirtməyə , öz sidiyindən və nəcisindən ibarət yeməyi mənimlə bölüb yeməyə onu məcbur etdim. Oğlan məndən möhkəm qorxmuşdu, bununla belə, məcburi şəkildə mən onu yedirtdim. Tezliklə onunla məşğul olmaqdan bezdiyimdən , boğaraq bədənini bir neçə yerə böldüm. Onun sifətini, dilini, boğazını kəsib ayıraraq, yudum. Təxminən 1 saatdan sonra hər şey hazır idi. Ömrümdə bundan ləzzətli, şirin ət yeməmişdim. Xörəyi axırıncı tikəsinə kimi yedim. Onun kiçik dili qız kimi şirin idi, boğazını isə çeynəyə bilmədiyimdən ayaqyoluna tulladım”.
Polislərin 20 illik axtarışları nətcəsiz qalırdı. Əyalətdə isə tez-tez uşaqlar qeybə çəkilirdi. Bu, artıq bütün ata-anaları, ailələri vahiməyə salmışdı. Polislər manyakı özünün Buddlar ailəsinə yazdığı məktubun sayəsində tuta bildilər. Məktubda geriyə ünvan göstərilməmişdi. Lakin məktubların monoqrammasından onun hansı poçt qutusuna aid olduğu məlum oldu.Bu, Nyu-Yorkda İstetritə verilən məktublardan idi. Evin sahibi dedi ki, onların əvvəlki kirayənişinlərindən Albert Fiş tez-tez bura məktub dalınca gəlir. Şübhəli şəxs kimi Albert Fişin arxasınca pusqu qoyuldu. Növbəti dəfə məktub dalınca gələrkən o, həbs edildi.

1936-cı il yanvarın 16-da əldən düşmüş qoca Albert Fişi elektrik stuluna otuzdurdular. Onu öldürmək üçün elektrik cərəyanını iki dəfə qoşmaq laızm gəldi. Cərəyan qoşulmazdan əvvəl Fiş dedi: “…Bu yaşımda belə həyəcanlı şəkildə elektrik stulunda ölmək başqa aləmdir. Belə bir anda aldığım həzz, orqazm dünyaya dəyər. Belə bir anı mənim yaşımda hər bir kişi ancaq arzulaya bilər”.

Tərcümə etdi: Aidə Eyvazlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir