Bas agrisi

Maqnit qasırğası: özümüzü necə qoruyaq?

Baxış sayı: 1. 005

“Maqnit qasırğası sağlamlığa çox ciddi mənfi təsir göstərir”. Bu sözləri terapevt Vəfa Əhmədova deyir. Mütəxəssis bildirir ki, maqnit qasırğası təkcə insanlara deyil, bütün canlılara mənfi təsir edir:

“Təbiətdə baş verən bütün proseslər insan orqanizminə təsir edir. Çünki biz də təbiətin bir parçasıyıq. Ona görə belə problemlərə orqanizm reaksiya verir. Bu, daha çox səhhətində problemlər olan insanlarda özünü büruzə verir. Maqnit qasırğası baş ağrılarına, qan təzyiqinin yüksəlməsinə səbəb olur, həmçinin ürək-damar sisteminə də olduqca mənfi təsir göstərir. Bu zaman infarkt və iflic riski artır”.

V.Əhmədova maqnit qasırğası ilə bağlı insanlara məsləhətlər də verdi:

“Maqnit qasırğası yağış deyil ki, çətirlə özümüzü islanmaqdan qoruyaq. Buna görə həmin müddətdə evdə qalmağa çalışmalıyıq. Əks təqdirdə, insanlarda əsəbilik, yuxusuzluq kimi problemlər yarana bilər.

Bundan başqa, maqnit qasırğası zamanı sakitləşdirici preparatlardan istifadə etmək, dincəlmək, stressdən uzaq olmaq məsləhətdir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir