market

Marketlərin insanları ALDATMA ÜSULLARI

Baxış sayı: 1. 141

İnsanların marketlərə alış-verişə gedən zaman ehtiyacdan artıq bazarlıq etməsinin səbəbləri var. “Gencaile.az”  həmin səbəblərdən bir neçəsini sizə təqdim edir.

 

Meyvə-tərəvəz rəfləri

1. Marketə girən kimi qarşımızdakı meyvə-tərəvəz rəflərinin rəngarəng görüntüsü ağlımızı başımızdan alır, bizi daha çox pul xərcləməyə vadar edir. Rəngli meyvə-tərəvəzləri gördükdə şən əhval-ruhiyyəmiz olur və daha çox pul xərcləməyə meyilli oluruq. Bu duyğuyla, əvvəlcə səbətimizi lazımı ləvazimatlarla dolduraraq, marketin içərisində irəlilədikcə lazımsız ləvazimatları da səbətimizə əlavə edirik.

 

Siyahınızda olmayan məhsullar

2. Labirint kimi qarışıq aralar alış-veriş siyahınızı axtararkən marketin içində hər yeri dolaşırsınız. Xüsusilə, çörək, süd, yumurta kimi əsas məhsullar bir-birindən uzaq məsafədə yerləşdirilir ki, marketin hər yerini gəzəsiniz və siyahınızda olmayan məhsulları da görəsiniz. Həm də, müxtəlif kateqoriyalı məhsulları labirint formasında düzürlər ki, sizə lazım olan qidanı almaq üçün düz deyil, dolaşaraq gedəsiniz. Belə olduqda, marketdəki əksər məhsulları görməli olursunuz.

 

Marketdə niyə pəncərə yoxdur?

3. Marketlərdə heç saat və ya pəncərənin olmadığını hiss etmisinizmi?! Həm də, işıqlandırma sabit olduğu üçün, ilin hansı fəsli, fəslin hansı ayı olduğunu belə unuduruq. Yəni, marketi nə qədər çox gəzsəniz, o qədər çox lazımsız məhsul alacaqsınız deməkdir. Ona görə də, alış-veriş edərkən saatınıza sıx-sıx baxmağınız məsləhət görülür.

 

Bahadır

4. “Bu bahalıdır!” təsəvvürümüzün yox edilməsi marketlərdə çox satılması istənilən məhsullar, çox satılan məhsulların yanına düzülür. Beləliklə, fikirlərimiz qarışır və ucuzun yanında bahalı məhsulu da səbətimizə yığmış oluruq. Market bizi tələyə salmış olur. Göz səviyyəsi qaydası marketlərdə, eyni məhsullardan olan bahalı məhsul göz səviyyəmizdəki rəfə yerləşdirilir. Ən ucuz olan məhsullar isə nisbətən alt rəflərə düzülür. İnsanların əksəriyyətinin ilk gördüyünü almağa meylliliyi nəzərə alındığı üçün, bu yolla bahalı məhsullar daha tez satılır. Ona görə də ilk gördüyünüzü deyil, bütün rəfləri incələdikdən sonra məhsulu seçməyiniz məsləhət görülür.

 

Gözəl qoxular

Kolbasaların qoxusu bir yandan, yeni bişirilmiş unlu məmulatların qoxusu bir yandan, iştahımızla bacarmırıq. Düşünürük ki, buraya kimi gəlmişkən bu bişmişdən də bir qədər alsaq, pis olmaz və yenə tələyə düşmüş oluruq.

 

Kassanın yanında satılan lazımsız xırdavatlar

Tutaq ki, zərərli məhsulların istehlakının azaldılması barədə çağırışlara qulaq asaraq istədiklərimizi alıb kassaya tərəf gəlirik. Əsl tələ isə burada qurulub. Seçdiyimiz məhsullar kassada hesablanarkən, siz, marketdə zərərli deyə imtina etdiyiniz şokoladı burada ehmalca götürüb kassanın üstünə qoyursunuz. Burada ovlanırsınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir