masin

Maşın alarkən qadınlar hansı səhvləri edirlər? – ARAŞDIRMA

Baxış sayı: 1. 377

Qadınların 80 faizdən çoxu maşın alarkən daha çox reklama, qiymətə və xarici görünüşünə diqqət edirlər

Bazarlıq – qadınların ən sevimli məşğuliyyətidir. Bəs maşın bazarlığı da paltar almaqla eynidirmi? Xeyr.

Maşın alarkən qadınların etdiyi ən böyük səhvləri təqdim edirik. Qadınlar ikinci əl (işlənmiş) maşın alarkən bunun yenidən təmir xidmətinə və ya başqa nəyəsə ehtiyacı olduğunu düşünmədən bütün pullarını sərf edirlər.

Qadınların 80 faizdən çoxu maşın alarkən daha çox reklamına, qiymətinə və xarici görünüşünə diqqət edir. Ancaq bilmirlər ki, maşının mexaniki funksiyasına hər şeydən əvvəl diqqət edilməlidir. Bu, heç bir təmirə, əlavə xərcə ehtiyac duymayacaq yaxşı maşın almanıza kömək edəcək.

70 faiz qadınlar heç bir sövdələşmə imzalamadan maşın alırlar. Ancaq satıcı güzəşt etsin deyə, qadınlar daha çox israrlı olurlar.

44 faiz qadın müşaiyətçi olmadan maşın alır. Halbuki həmin şəxs almadan əvvəl maşın haqqında hər cür məlumatı verməlidir. Əgər maşın salonuna bu adamsız getsəniz, satış nümayəndəsindən istədiyinizi soruşmağa və detallarına kimi öyrənməyə utanmayın.

35 faiz qadın ilkin olaraq yoxlamaq üçün maşını sürmədən alır. Unutmayın,  yaxşı, özünə güvənən satıcı heç vaxt maşının yoxlanış üçün sürülməsinə “yox” deməz.

25 faiz qadın maşının ehtiyaclarını nəzərə almadan alır. Maşın almadan əvvəl nə qədər xərc tələb etdiyini, sadəcə satış puluyla canınızı qurtardığınızı düşünməyin.

masin




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir