AVTOMOBİL

Maşın ustalarının gizlətdiyi 8 sirr

Baxış sayı: 975

Avtomobili olanların diqqətinə! Adətən avtomobil sahibləri maşınlarını təmirə aparanda narahat olurlar. Bəzən bu narahatlıq ustanın sağlam hissəni dəyişdirməyi, yaxud problemi kökündən edib-etməməsi ilə bağlı yaranan şübhələrdən də doğur.

Bu baxımdan, “Gencaile.az” saytının Türkiyə mediasına istinadla təqdim edəcəyi 8 sirri bilməyiniz məsləhətdir.

Belə olan halda, sözügedən narahatlığı aradan qalxmış olacaq.

Maşını ustaya göstərən bir çox sürücülər zərər görürlər. Bəzi ustalar avtomobilin olmayan problemini də irəli çəkərək əlavə pul almaq istəyirlər. Həmin ustalar əsasən professional servis məntəqələrində deyil, maşın təmir sexlərində çalışırlar.

Avtomobil sahiblərinin maşının texniki hissələri ilə bağlı az məlumatlı olmaları onlara baha başa gəlir. Nəticə etibarilə bundan suyu istifadə edən bəzi ustalar maşının əyləc yastiqinin, ehtiyac olmadığı halda akkumulyatorunun və yoxlamadığına baxmayaraq motorun yağının dəyişməsini tələb edirlər. Odur ki, ilk tövsiyəmiz bundan ibarətdir ki, maşınınızı ustaya apararkən məlumatlı bir tanışınızdan kömək istəyin, yaxud avtomobili professional servisə aparın. Beləcə boş yerə pul xərcləməkdən xilas ola bilərsiniz.

Bu da bəzi ustaların artıq pul qazanmaq üçün bəhanələri:

-“Avtomobilin mühərriki işə düşərkən çətinlik çəkir, akkumulyatoru dəyişdirilməlidir”.

Bu sözə çox da etibar etməyin. Akkumulyatoru elektriklə ölçdürün. Həmçinin akkumulyator üzərində göstərici var və o göstəricidə yaşıl işıq yanırsa hər hansı problem yoxdur deməkdir. Akkumulyatoru dəyişərkən belə, 45-60-70 amper gücünə aldanamyın, maşının işə salınması üçün gərək olan amper gücünü soruşun. Alacağınız akkumulyatorun istehsal tarixi uzağı 2 ay ola bilər. Bundan artıq olanını almayın. Soyuq havalarda avtomobilin gec xodlanması normaldır.

-“Ən yaxın zamanda yağı dəyişdirin”

Mühərrik yağının dəyişmə müddəti avtomobil istehsalçısı tərəfindən göstərilib. Problemi olmayan bir maşın artıq yağ sərfiyyatı etməz. Adətən 10-15 min km sürdükdən sonra yağ dəyişimləri olur. Yağı dəyişdirərkən vaxtı əvvəlki kilometri qeyd edin. Vaxtı çatmamış yağı dəyişdirməyin.

-“Əyləc yastıqlarını təcili dəyişin”

Əyləc yastıqləri daha artıq sürüldükdə köhnəlir. Əyləci nə qədər çox sıxsanız o qədər də yastiq yeyilir. Yastıqların necəliyini özünüz də bilərsiniz. Yastıqlar təxminən 1 sm qalınlıqda olurlar. Əgər yastiqin təzə vəziyyəti ilə indiki halı arasında fərq görmüsünüzsə dəyişdirməyə ehtiyac var. Dəyişdirməsəniz təkərin diskləri cızılar və daha artıq xərc çəkməyə məcbur qalarsınız.

“Pulsuz müayinə üçün gəlin”

Bu tələyə düşsəniz maşımnınızda olmayan problemləri də eşidəcəksiniz. Bu mövzuda “gözüaçıq” olmağınız gərəkdir. Maşında problem olmadığı təqdirdə müayinəyə gərək də yoxdur.

-“Bu müayinə olmasa yolda qalarsınız”

Avtomobildən anlayışınız olmasa və vaxtında qayğı göstərməsəniz usta haqlı ola bilər. Lakin bütün yoxlamalardan sonra yenə yolda qalarsınız eyirsə, başqa bir ustaya aparmaq lazımdır.

-“Şinlərinizin yerini dəyişdirəcəm”

Şinlərin çarpaz olaraq diskə taxılması bəzi istehsalçılar tərəfindən tövsiyə olunsa da, bəzilər tərəfindən tövsiyə olunmur. Avtomobilin çəkimi hansı tərəfdəndirsə o tərəfin şinləri daha çox yeyilir.

– “Mühərrikin işığı yanır, ciddi problem var”

Avtomobil işə düşdükdən bir müddət sonraya qədər müəyyən işıqlar yana bilər. İşıqlar sönməsə cihazla ona nəzarət edə bilərsiniz. Ancaq maşın işlədiyi halda sizdən pul almaq istəyən ustalara güvənməyin. Həmçinin hər yanan işıqdada ciddi problem olmur.

-“Maşınınıza əlavə qatqı maddələri lazımdır”

Mühərrikə, yaxud yanacaq çəninə düşən qatqıların zərərinin qarşısını almaq üçün istehsalçılar ən yuxarı səviyyədə texnologiya ilə istehsal edirlər. Avtomobilə standartlardan əlavə hər hansı qatqı vurmağınıza ehtiyac yoxdur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir