paltar

Maşın yağı ləkəsini təmizləməyin QAYDALARI

Baxış sayı: 1. 422

Maşın və motor yağı ləkələrini parçalardan, xalçalardan, döşəmə və əllərdən təmizləmək çətin olur. “Gencaile.az” bu çətin işi asanlaşdırmağın yollarını təqdim edir.

 

Motor yağının geyimlərdən təmizlənməsi  

Plastik qaşıq ilə geyimin üzərinə tökülmüş yağın artığını götürün. Geyimə daha çox yayılmaması üçün diqqətli olun.

Ləkəli bölgəyə kağız dəsmalı dik tutaraq uzadın və sadəcə yağı özünə çəkməsini təmin edin. Sonra ləkəli bölgənin üzərinə uşaq pudrası və ya buğda nişastası tökün. 5-10 dəqiqə əmməsini gözləyin. Bunun üçün un ya da duz da istifadə edə bilərsiniz.

Sonra uşaq pudrası ya nişastanı kağız dəsmal ya da diş ya dırnaq fırçası ilə təmizləyin. Geyimin təmiz qisimlərinə dəyməməsinə çalışın.

Bir ya iki damcı duru yuyucu tozu ləkəli  bölgənin üzərinə tökün. Sonra üzərinə 1 damcı su damladın. Baş barmağınız və ya işarət barmağınızla bunu ləkəli bölgənin üzərinə yedirin.

Diş  ya dırnaq fırçası ilə bu bölgəni həm içdən həm bayırdan təmizləyin. Geyimi istifadə qaydalarına uyğun olaraq yuyun. Düz bir yerə yatıraraq ya da ipə sərərək qurdun. Ləkə tam getməyibsə, qurutma maşınına atıb çox istiyə məruz qoymayın yoxsa ləkə çətin gedər.

Əgər motor yağı ipək ya yun bir parçanın üzərinə batıbsa, mütəxəssis ləkə çıxarıcının yanına aparın. Tez müdaxilə etməniz lazımdır.

Başqa üsul olaraq alışqan qazı mayesini ləkəli bölgəyə sürtün. Kənar bölgəyə yayılmamasına çalışın.

 

Motor yağının əllərdən çıxarılması

Su və sabun istifadə etmək bu ləkəni çıxarmaq üçün çox işə yaramayacaq. Bunun üçün boya incəldici istifadə edərək əlinizi bununla yuyun. Sonra əlinizi bol su və sabunla yuyub durulayın.

 

Motor yağını döşəmədən təmizləmə yolları

Yağ çox yerə yayılmadan götürə bildiyiniz qədər götürün. Ləkəli qismin üzərinə nişasta ya da qabartma tozu əlavə edib 10-15 dəqiqə gözləyin.

Tozsoranla nişasta,  qabartma tozunu təmizləyin.

Əgər tökülən yağ çoxdursa,  nişasta işini bir neçə dəfə təkrarlayın.

Quru təmizləmə maddəsi və ağ bir parça götürüb bunnla döşəməni ovun.

4-5 dəfə təkrarlayın.

Sadəcə ləkəli bölgəni isladın.

 

Motor yağını xalçadan təmizləmə yolları

İki qab isti suyun içənə 1 çay qaşığı duru yuyucu tozu və bir çay qaşığı ağ sirkə əlavə edin. Ağ parçanı qarışıma batırıb  ilə bu ləkəni təmizləməyə çalışın. Ləkə çıxdıqdan sonra soyuq suyla ləkə olan qismi durulayın.

Diqqət: Yeni batmış ləkəni çıxarmaq üçün tez davranın. Uzun müddət qalsa hava ilə oksidlənərək qaralacaq, çıxardılması çətin olacaq.

Maşın ya motor yağına qətiyyən su ilə müdaxilə etməyin. Yağlar suyu sevməzlər. Nəm parça ilə ləkəni ovalamaq ləkəni böyüdəcək.

Yağ ləkəsi olan geyimləri maşına atmadan əvvəl yuyucu toz ilə müdaxilə edin. Həmin geyimi ayrı yuyun.

Suyu isti edin ki,  ləkə asan çıxsın.

Uzun müddət yuyun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir