masin

Maşına minəndə ürəyiniz bulanır? – ÇARƏSİ BU YAZIDA

Baxış sayı: 1. 275

“Maşın tutması” (maşınla yol gedərkən ürək bulanma, baş gicəllənməsi) bir çox insanın problemidir. Yol gedərkən bunlar baş verməsin deyə dərmanlardan çox istifadə olunur. Bu, bir çarə olsa da təsiri keçən kimi eyni sıxıntılar bir daha təkrarlanır. Halbuki çox sadə olan bir neçə üsula əməl etsəniz, yol səyahətiniz kabusa dönməz.

“Gencaile.az” həmin qaydaları təqdim edir.

 

İlk əvvəl yola çıxmadan əvvəl yüngül və yağsız yeməklər yeyin. Ac qalmayın. Ac qalmaq mədə bulantısına səbəb olur.

Avtomobilin yellənməyən yerinə üstünük verin. Avtomobildə səyahət edirsizsə, ön oturacaqda, gəmidə orta oturacaqda, qatarda isə gediş istiqamətində bir oturacağa oturun.

Siqaret, qəhvə və duzlu yeməklərdən uzaq durun.

Maşını müntəzəm olaraq havalandırın. Şüşəni tez-tez açıb içərinin havasını dəyişin.

Başınızı tez-tez hərəkət etdirməyin. Mümkünsə, elə stabil bir nöqtəyə baxın.

Yolda kitab oxumayın və gözlərinizlə nələrisə təqib etməyin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir