xemir

Maya əvəzinə istifadə edə biləcəyiniz 2 qarışıq

Baxış sayı: 777

Çörək xəmirinin əvəzolunmaz qatqılarından biri olan maya yoxdursa, narahat olmayın. Mayanın əvəzinə başqa məhsulları istifadə edə bilərsiniz.

Beləliklə, xarici KİV-ə istinadən quru və yaş maya əvəzinə istifadə edə biləcəyiniz bu məhsulları təqdim edirik:

Soda və limon suyu

Maya yerinə soda və limon suyu istifadə edə bilərsiniz. Adət etdiyiniz qədər yaxşı mayalanmış olmasa da, bu çörəklərin də dadından doya bilməyəcəksiniz. Normal çörək istehsalında 1 xörək qaşığı maya əvəzinə 1 çay qaşığı soda və 1 çay qaşığı limon suyu qarışdırıb xəmirə əlavə edə bilərsiniz.

Qabartma tozu və mineral su

Maya əvəzinə istifadə edə biləcəyiniz başqa bir qarışıq qabartma tozu və mineral sudan ibarətdir. 1 çay qaşığı qabartma tozunun üstünə bir az mineral su və isti süd əlavə etməklə çörəyinizin xəmrini hazırlamağa başlaya bilərsiniz.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir