avtomobil

Mayda avtomobil qiymətləri necə olacaq?

Baxış sayı: 1. 100

Mayda Bakının avtomobil bazarında qiymətlərin cüzi azalması gözlənilir. Bunu “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyir

Onun sözlərinə görə, may ayının yekunlarına əsasən azalma 1-2 faiz təşkil edəcək:

“Bu ilin yanvar-fevral aylarında ölkə avtomobil bazarında bahalaşma müşahidə olunurdu. Həmin dövrdə bu göstərici 10-12 faizə bərabər idi. Növbəti iki ay ərzində qiymətlər eyni səviyyədə qalıb. Aprel ayından başlayaraq bazarda cüzi ucuzlaşma müşahidə olunub”.

MASIN

Ekspert bildirir ki, bu tendensiya azı iki ay davam edəcək.

Qeyd edək ki, 2018-ci il dekabrın yekunlarına əsasən mühərrik həcmi iki litrədək avtomobillərin orta qiyməti 20 489 manat, üç litrədək olan avtomobillərin orta qiyməti 40 314 manat, mühərrik həcmi üç litrdən çox avtomobillərin orta qiyməti isə 82 160 manat təşkil edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir